27 Sentyabr – Anım Günü

27 Sentyabr Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin ehtiramla yad edildiyi Anım Günüdür. Bu gün şəhidlərimizin əziz xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsidir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm hadisələrdən biri oldu. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi ilə yadda qaldı. Əsgər və zabitlərimizin göstərdiyi şücaət, xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi tarixin yaddaşında əbədi iz qoydu.
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda çoxsaylı hərbçilərimiz şəhid oldu, bir çox hərbçimiz yaralandı. Onların fədakarlığı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Şəhidlərimizin xatirəsinin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
27 Sentyabrın Anım Günü kimi təsis edilməsi Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə həyata keçirilib. Sərəncamda Vətən müharibəsində həyatını itirmiş hərbçilərin və mülki insanların xatirəsinə ehtiram ifadə olunub.
Anım Günü yalnız kədər günü deyil, həm də xalqımızın birliyini, Vətənə bağlılığını və şəhidlərimizin göstərdiyi fədakarlığı xatırladığımız gündür. Bu tarix bizə azadlığın, müstəqilliyin və dövlətçiliyin qorunmasının nə qədər mühüm olduğunu bir daha göstərir.
Bu gün Azərbaycan xalqı bütün şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir. Onların həyat yolu və Vətən qarşısındakı xidmətləri gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



