Analitika

27 sentyabr 2020-ci il – Vətən müharibəsinin başladığı gün Azərbaycan Milli Dövlətçilik İnstitutunun qızıl tarixi, qürur və şərəf simvoludur

27 sentyabr 2020-ci il – Vətən müharibəsinin başladığı gün Azərbaycan Milli Dövlətçilik İnstitutunun qızıl tarixi, qürur və şərəf simvoludur.  Bu tarixdən başlayan haqq-ədalət savaşı sübut etdi ki, Azərbaycan xalqı vahiddir, bölünməzdir, öz vətəni-torpaqları uğrunda vuruşa hər zaman hazırdır.

2020-ci il iyulda təcavüzkar Ermənistanın Azərbaycanın dövlət sərhədlərini atəşə tutması, münaqişə zonasından çox uzaq olan Tovuz rayonuna hücumu vəziyyətin daha da gərginləşməsinə səbəb yaratdı. Azərbaycan-Ermənistan dövlət sərhədindəki döyüşlər zamanı 14 iyul 2020-ci il Bakıda ümummilli mitinq keçirildi, on minlərlə insan “Qarabağ bizimdir”, “Qarabağ Azərbaycandır”, “Eşq olsun Milli Orduya”, “İrəli” şüarları səsləndirərək torpaqlarının azadlığı uğrunda vuruşa hazır olduqlarını bildirdilər. Artıq xalq könüllü səfərbərlik xidmətlərinə yazılırdı. 15 iyul Prezident, Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, hərbi xidmətə getmək istəyənlər şəxsi məlumatlarını Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinə təqdim edə bilərlər. Torpağını işğaldan azad görmək istəyən nəinki oğlan və qızları, hətta xaricdəki soydaşlar, ehtiyatda olan hərbçilər, müharibə əlilləri və veteranlar hərbi əməliyyatlarda iştirak üçün Müdafiə Nazirliyinə müraciət ünvanlamışdılar. Düşüncəmdə dünyada yeganə xalq idi ki, Ali Baş Komandanın hərb əməliyyatlarına başlamağını istəyir, müharibəni xoş istəklə qarşılayırdı. Və nəhayət 27 sentyabr Azərbaycan Milli Məclisinin təcili xüsusi iclası çağırıldı və ölkədə Hərbi vəziyyətin elan edilməsi qərarı qəbul olundu. Ali Baş Komandan tərəfindən bu qərar imzalanaraq, Bakı şəhəri və ölkənin bir neçə bölgəsində hərbi vəziyyət tətbiq edildi, sentyabrın 28-də də ölkə üzrə qismən səfərbərlik elan olundu.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlanıldı,sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Döyüşlərdə Azərbaycan böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Azərbaycan Ordusu qətiyyətlə döyüşürdü. Müxtəlif istiqamətlərdə qazanılan mövqe qələbələri ordumuzu son döyüşə yaxınlaşdırırdı. Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün Ermənistan mğğlubiyyətini dərk edərək Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir ki, “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! “ …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. “Qarabağ əzəli Azərbaycan torpağıdır”.

Çox təssüfki müharibə itkisiz olmur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumatına əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd edilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.”. Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi.

Bu tarixi Qələbə ilə işğaldan azad olunan torpaqlar iqtisadi və mədəni həyata qədəm qoydular. Düşmən vandalizminin izlərini Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında  Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

“Bugün güclü, müstəqil, abad, azad və firavan yaşayan, öz gücünü, birliyini, mübarizliyini, əzmini dünyaya çatdıran, uğurları ilə hər kəsi lərzəyə salan və qəlblərdə iz buraxan bu azad ölkə, bu dəmir əzmli dövlət məhz Cənab Prezident İlham Heydər oğlu Əliyevin uğurlu əsəridir!”

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah Qazilərimizə can sağlığı versin.!
Qarabağ Azərbaycandır.!

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button