AnalitikaGündəmSiyasət

21 noyabr bizim üçün dövlətçilik məsuliyyətinin, milli həmrəyliyin və liderə inamın rəmzidir

1992-ci il 21 noyabr bizim üçün təkcə tarixi bir gün deyil — Yeni Azərbaycan Partiyasının, dolayısı ilə Azərbaycanın sabaha inamının yenidən doğulduğu gündür. O dövrü yaşayan hər kəs yaxşı bilir ki, ölkə ən ağır sınaqlar içində idi: siyasi özbaşınalıq, hakimiyyət böhranı, iqtisadi çökmə, Qarabağda uğursuzluqlar və xalqın gələcəyə olan ümidinin tükənməsi… Məhz belə bir zamanda Azərbaycanın taleyinə biganə qalmayan vətənpərvər insanlar birləşərək çıxış yolunun yalnız dövlətçilik ideyası ətrafında birləşməkdən keçdiyini gördülər.Bizim üçün 21 noyabrın əhəmiyyəti ondadır ki, həmin gün Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Azərbaycan xalqının xilası naminə tarixi bir qərar verildi. YAP-ın təsis olunması o dönəmin qarışıq siyasi mənzərəsinə alternativ, sağlam, milli ruhlu və məsuliyyətli bir yol göstərdi. Bu partiyanın yaranması xalqın öz içindən doğan ümid idi. Biz, YAP-çılar olaraq yaxşı bilirik ki, bu ümidin mərkəzində Heydər Əliyev kimi böyük bir dövlət xadiminin adı dayanırdı.Təsis konfransında Heydər Əliyevin partiyanın sədri seçilməsi yalnız təşkilati qərar deyildi — bu, Azərbaycanın gələcəyinə verilən ən düzgün və məsuliyyətli qərar idi. O zaman cəmiyyət bu sözlərlə nəfəs aldı: “Ulu öndər geri döndü — dövlətçilik xilas olacaq.” Bu inam təkcə YAP üzvlərinin deyil, bütün Azərbaycanın içində işıq kimi doğdu.Yeni Azərbaycan Partiyası o gündən ölkənin sabitlik yoluna qayıdışının əsas siyasi dayağına çevrildi. YAP-ın fəaliyyəti nəticəsində Azərbaycan çöküşdən çıxdı, dövlətçiliyin təməli möhkəmləndi və müasir inkişaf konsepsiyası formalaşdı. Müstəqilliyin qorunması, ordu quruculuğu, iqtisadi dirçəliş və beynəlxalq nüfuzun artması məhz həmin tarixi qərarın davamı idi.Bu gün də biz YAP-çılar olaraq 21 noyabr tarixini böyük qürur və minnətdarlıqla qeyd edirik. Çünki bilirik: əgər o gün YAP yaranmasaydı, bu günkü güclü, sabit və qalib Azərbaycan mövcud olmazdı. Azərbaycanın qazandığı bütün uğurlar, Qarabağın azadlığı, yeni qurulan şəhərlər — hamısı o tarixi qərarın davamıdır.21 noyabr bizim üçün dövlətçilik məsuliyyətinin, milli həmrəyliyin və liderə inamın rəmzidir. Bu gün də eyni inamla, eyni amal uğrunda çalışırıq — Azərbaycanın inkişafı, güclənməsi və daha böyük zirvələrə yüksəlməsi naminə.

 

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button