
Azərbaycanın müasir dövlətçilik tarixində elə günlər vardırki, onların əhəmiyyəti yalnız bir tarixi hadisə iləməhdudlaşmır, bütöv bir dövrün yekununu və yeni mərhələnin başlanğıcını ifadə edir. 20 sentyabr da məhz belətarixi günlərdəndir. Bu tarix Azərbaycan Respublikasınındövlət suverenliyinin tam bərpa olunması ilə yanaşı, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin ölkəninvahid hüquqi və inzibati məkanına qayıdışını simvolizə edir.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət SuverenliyiGünü elan edilmişdir. Həmin tarix, eyni zamanda, Prezidentin18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
Bu iki əlamətdar günün eyni tarixdə qeyd olunması 20 sentyabrın Azərbaycan dövlətçiliyində daşıdığı xüsusiməzmunu daha aydın ifadə edir. Bir tərəfdən, Azərbaycanınbütün ərazisində dövlət suverenliyinin bərpası təsdiq edilir, digər tərəfdən isə uzun illər işğal və münaqişə ilə əlaqəliolmuş şəhərlərin yeni inkişaf mərhələsi diqqətə çatdırılır.
Azərbaycan xalqının dövlətçilik tarixində ərazibütövlüyünün və suverenliyin qorunması hər zaman mühümyer tutub. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi siyasi, iqtisadi və hərbi çətinliklər, Ermənistanın hərbi təcavüzünəticəsində ərazilərimizin işğal olunması və yüz minlərləinsanın doğma yurdlarından didərgin düşməsi xalqımızınqarşısında mürəkkəb vəzifələr yaratmışdı. Buna baxmayaraq, Azərbaycan dövlət müstəqilliyinimöhkəmləndirmək, iqtisadi imkanlarını genişləndirmək vəmüdafiə qabiliyyətini artırmaq istiqamətində ardıcıl siyasəthəyata keçirdi.
Sonrakı mərhələdə dövlətçilik institutlarınıngücləndirilməsi, iqtisadi potensialın artırılması, ordununmodernləşdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərininmöhkəmləndirilməsi ölkənin qarşısında duran stratejiməqsədlərin reallaşdırılması üçün mühüm zəminformalaşdırdı.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsiAzərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətindəhəlledici mərhələ oldu. Müharibənin nəticələri Azərbaycantarixində yeni reallıqlar yaratdı və işğaldan azad edilmişərazilərdə genişmiqyaslı bərpa və quruculuq prosesininbaşlanmasına imkan verdi.
Lakin ərazi bütövlüyünün bərpası dövlət suverenliyinin tam təmin edilməsi ilə tamamlanmalı idi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş vermişgenişmiqyaslı təxribatların qarşısının alınması vəkonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokalxarakterli antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 20-də tədbirlərin başa çatması ilə Azərbaycanın bütün ərazisindədövlət suverenliyinin tam bərpa edilməsi təmin olundu.
Bu hadisə Azərbaycan dövlətçiliyinin inkişafında mühümmərhələ təşkil etdi. Dövlətin suveren hüquqlarının bütünərazidə təmin olunması, Konstitusiyanın və qanunlarınaliliyinin bərqərar edilməsi, vahid hüquqi və inzibati məkanınformalaşdırılması müstəqil dövlətin əsasxüsusiyyətlərindəndir.
20 sentyabrın tarixi əhəmiyyəti yalnız 2023-cü ilinhadisələri ilə məhdudlaşmır. Bu tarix uzun illər ərzindəhəyata keçirilmiş dövlət siyasətinin, xalqın milli iradəsinin, ordunun gücünün və dövlətçilik əzminin nəticəsi kimiAzərbaycan tarixində xüsusi yer tutur.
Bu tarixi prosesin mühüm rəmzləri sırasında Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri xüsusi əhəmiyyətdaşıyır. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin həmin şəhərlərdə Azərbaycan Respublikasının DövlətBayrağını ucaltması dövlət suverenliyinin bərpasının mühümsimvolik ifadələrindən biri oldu.
Xankəndi bu gün Azərbaycanın sosial, mədəni və ictimaihəyatına yenidən inteqrasiya olunan mühüm şəhərlərdənbiridir. Şəhərin müasir tələblər əsasında inkişaf etdirilməsi, infrastrukturunun yenilənməsi və regional potensialınınreallaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Xocalı Azərbaycan xalqının yaddaşında xüsusi mənəvi vətarixi məna daşıyan şəhərlərimizdəndir. Xocalının dövlətsuverenliyinin bərpa olunduğu ərazilər sırasına daxil edilməsişəhərin tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Burada həyata keçirilən bərpa və quruculuq işləri, sosialinfrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərindoğma yurdlarına qayıdışının təmin edilməsi Xocalınıngələcək inkişafının əsas istiqamətlərini təşkil edir.
Xocavənd qədim tarixi, zəngin mədəni irsi və mühümarxeoloji abidələri ilə seçilən bölgələrimizdəndir. Bu ərazininAzərbaycanın vahid inzibati və hüquqi məkanına qayıtmasıonun tarixi-mədəni irsinin qorunması, infrastrukturununyenidən qurulması və yaşayış məntəqələrinin inkişafı üçünyeni imkanlar yaradıb.
Ağdərə də Qarabağın sosial-iqtisadi inkişafında mühümpotensiala malik ərazilərdən biridir. Burada dövlətidarəçiliyinin bərpası, infrastrukturun yenilənməsi və yaşayışməntəqələrinin inkişaf etdirilməsi regionun gələcək sosial-iqtisadi mənzərəsinin formalaşmasına xidmət edir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləngenişmiqyaslı quruculuq işləri 20 sentyabr tarixininmahiyyətini yalnız keçmişin xatırlanması iləməhdudlaşdırmır. Yeni yaşayış məntəqələrinin salınması, yolların və nəqliyyat infrastrukturunun qurulması, enerji və sutəminatının yaxşılaşdırılması, sosial obyektlərin yaradılmasıvə iqtisadi fəaliyyət üçün şəraitin formalaşdırılması regionungələcəyə hesablanmış inkişafının əsas istiqamətlərindəndir.
20 sentyabr həm də Azərbaycanın ərazi bütövlüyü vədövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərimizinəziz xatirəsinin ehtiramla yad edildiyi gündür. Onlarınfədakarlığı, qazilərimizin şücaəti və Azərbaycan Ordusunungöstərdiyi qəhrəmanlıq xalqımızın Zəfər salnaməsininayrılmaz hissəsidir.
Bu tarix bizə dövlət müstəqilliyinin, milli həmrəyliyin vəsuverenliyin nə qədər mühüm dəyərlər olduğunu bir dahaxatırladır. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədədalğalanan Azərbaycan Dövlət Bayrağı isə dövlətimizin ərazibütövlüyünün və suverenliyinin əyani ifadəsi olmaqla yanaşı, yeni quruculuq mərhələsinin də rəmzinə çevrilib.
20 Sentyabr – Dövlət Suverenliyi Günü və Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətiləxalqımızı təbrik edir, Azərbaycanın ərazi bütövlüyü və dövlətsuverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əzizxatirəsini dərin ehtiramla yad edir, qazilərimizə vəVətənimizin müdafiəsində xidmət göstərmiş hərbçilərimizəminnətdarlığımızı bildiririk.
Çinarə Nəbiyeva,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının fəal üzvü


