
Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkələrarasındakı münasibətlərin yeni mərhələsinin sözün əslmənasından Yol Xəritəsidir. Dövlətimizin başçısının bu müsahibəsi ölkəmizin xarici siyasətprioritetlərinin, beynəlxalq əməkdaşlıq istiqamətlərinin vəAzərbaycan–Vyetnam münasibətlərinin gələcəkperspektivlərinin təqdim edilməsi baxımından mühüməhəmiyyət daşıyır. Dövlət başçısının müsahibəsi iki ölkəarasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlıetimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinəyönəlmiş siyasətin ardıcıl xarakterini nümayiş etdirir.
Birmənalı şəkildə qeyd etməliyik ki, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, mövcudəməkdaşlığın əsas istiqamətlərini və inkişaf perspektivləriniəhatə etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərəsöykənən dostluq, qarşılıqlı hörmət və etimad prinsipləriəsasında formalaşıb.
Ölkə başçısı müsahibəsində vurğulayır ki, 1959-cu ildəVyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıya səfəribu əlaqələrin tarixində xüsusi yer tutur. Eyni zamanda, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyiilə həyata keçirilən Vyetnam səfəri ikitərəfli əməkdaşlığıninkişafına mühüm töhfə verib. Bu tarixi ənənələr bu gün dəAzərbaycan-Vyetnam münasibətlərinin əsasını təşkil edir.
Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və münasibətlərinstrateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi yeni mərhələninbaşlanğıcı olub.
Bu, iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və müxtəlif sahələrdəəməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Xüsusilə iqtisadi-ticari əlaqələrin inkişafı diqqətəlayiqdir. Ötənil iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla yanaşı, energetika, sənaye, kənd təsərrüfatı, investisiyavə nəqliyyat-logistika sahələrində əməkdaşlığıngenişləndirilməsi üçün böyük potensial mövcuddur. SOCAR ilə“PetroVietnam” arasında əməkdaşlığın dərinləşdirilməsi, eləcədə Vyetnam şirkətlərinin Azərbaycanın investisiya vəinfrastruktur layihələrində iştiraka maraq göstərməsi iqtisaditərəfdaşlığın praktiki məzmununu artırır.
Həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişafetmiş nəqliyyat-logistika infrastrukturu da ikitərəfli əməkdaşlıqüçün geniş perspektivlər açır. Orta Dəhliz və Şimal-Cənubnəqliyyat dəhlizi vasitəsilə Vyetnamla Avropa arasındayükdaşımaların genişləndirilməsi ölkəmizin tranzitimkanlarından daha səmərəli istifadə edilməsinə şərait yaradabilər.
Digər tərəfdən, enerji sektoru Azərbaycan–Vyetnam iqtisadimünasibətlərinin ənənəvi və mühüm istiqamətlərindən biridir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasındaəməkdaşlığın inkişaf etdirilməsi, neft-qaz sahəsində birgəfəaliyyətin genişləndirilməsi və mütəxəssis hazırlığıistiqamətində həyata keçirilən təşəbbüslər qarşılıqlı iqtisadimaraqlara xidmət edir. Eyni zamanda, bərpaolunan enerjisahəsində, xüsusilə günəş və külək enerjisi layihələrindəəməkdaşlıq perspektivləri münasibətlərin yeni istiqamətlər üzrəinkişafına şərait yaradır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu da müsahibədə diqqət çəkənməsələlərdəndir. Prezident İlham Əliyev ölkəmizin Orta Dəhlizvə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsiləVyetnam məhsullarının Avropa bazarlarına çatdırılmasındamühüm rol oynaya biləcəyini vurğulayıb. Bu imkanlardansəmərəli istifadə edilməsi həm Azərbaycanın beynəlxalq tranzitmövqeyini gücləndirə, həm də Vyetnamla iqtisadi əlaqələringenişlənməsinə töhfə verə bilər.
Müsahibədə humanitar, mədəni və təhsil əlaqələrinə də geniş yerayrılıb. Bu istiqamətlər dövlətlərarası münasibətlərin yalnıziqtisadi və siyasi maraqlarla məhdudlaşmadığını, xalqlararasında qarşılıqlı anlaşmanın və dostluğun da mühüməhəmiyyət daşıdığını göstərir. Heydər Əliyev FondununVyetnamda həyata keçirdiyi humanitar və təhsil layihələri, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin inşası iki ölkəarasında humanitar əməkdaşlığın konkret nümunələrindəndir.
Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitarvə təhsil layihələri, Leyla Əliyevanın bu ölkəyə səfəri, universitetlərarası əməkdaşlıq və tələbə mübadiləsi xalqlarımızarasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmətedir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşınınAzərbaycanda təhsil alması bu əlaqələrin zəngin tarixi ənənələrəmalik olduğunu göstərir. Eyni zamanda, müsahibədəAzərbaycan ilə Vyetnam arasında mədəni əlaqələrin tarixinəxüsusi diqqət yetirilməsi də əlamətdardır. Onun sözlərinə görə, Qara Qarayevin yaradıcılığından Əjdər İbrahimovun Vyetnamkinosunun inkişafına verdiyi töhfələrə qədər uzanan bu əlaqələrxalqlarımız arasındakı mədəni yaxınlığın təzahürüdür.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Vyetnammünasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildəortaya qoyur. Bu münasibətlər qarşılıqlı maraqlara, iqtisadiimkanlara və beynəlxalq əməkdaşlıq sahəsində ortaqyanaşmalara əsaslanır.
Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri



