
Birmənalı şəkildə qeyd etməliyik ki, “Avropa Siyasi Birliyi”nin Dublində keçirilən 9-cu ZirvəToplantısında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın güclü mövqeyinin göstəricisidir. Eyni zamanda, Azərbaycan hazırkı beynəlxalq münasibətlər sisteminin dəyişməsi fonunda özünüetibarlı tərəfdaş kimi göstərməyi bacarıb. Ən əsası, Prezident İlham Əliyevin yürütdüyü siyasətnəticəsində Azərbaycanın əldə etdiyi geosiyasi imkanlar dövlətin strateji çəkisini artırır. Azərbaycanın mövcud enerji və nəqliyyat layihələrinin şaxələndirilməsi planları Orta Dəhlizinstrateji vizyonunda ona əlavə dəyər qazandırır.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevvə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemtərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındamünasibətlərin inkişaf tarixində mühüm siyasi və diplomatik hadisədir. Bu sənəd, ilk növbədə, uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın, siyasi dialoqun və çoxşaxəli əməkdaşlığınyeni keyfiyyət mərhələsinə yüksəldilməsinin ifadəsidir.
Bəyannamənin əhəmiyyəti yalnız Azərbaycan və Böyük Britaniya arasında mövcud əlaqələringenişləndirilməsi ilə məhdudlaşmır. Sənəd, eyni zamanda, Azərbaycanın artan beynəlxalqnüfuzunun, regional və qlobal proseslərdə fəal iştirakının, müstəqil xarici siyasət kursunun vəetibarlı tərəfdaş kimi mövqeyinin beynəlxalq səviyyədə qəbulunun mühüm göstəricisidir.
Bəyannamənin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əlaqələrin genişləndirilməsi vəqarşılıqlı investisiya imkanlarının artırılmasıdır. Bu baxımdan Azərbaycanın iqtisadiyyatınınşaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasətin dahaeffektiv nəticələrə gətirib çıxarması üçün Böyük Britaniyanın investisiya imkanlarından istifadəetmək faydalı olar və Birgə Bəyannamə çox güman ki, belə bir fürsət yaradacaq. Bir sözləsözügedən sənəd çərçivəsində Azərbaycan və Britaniya şirkətləri arasında əməkdaşlığıngenişləndirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, kiçik və orta sahibkarlığıninkişafı, ticarətin maliyyələşdirilməsi və maliyyə bazarları sahəsində təcrübə mübadiləsi üçünimkanlar artır.
Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi təməlimövcuddur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında BirgəBəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqındaBirgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olub. Həmin sənədlərləmüəyyənləşdirilmiş əməkdaşlıq ənənələri sonrakı illərdə siyasi, iqtisadi, enerji və digər sahələrdəəlaqələrin genişlənməsinə zəmin yaradıb. Yeni Bəyannamə isə həmin tarixi irsə əsaslanaraqmünasibətləri daha geniş strateji çərçivəyə daxil edir.
Azərbaycan artıq Qərbdə sözünə, imzasına hörmət edən aktor kimi göstərilməkdədir. DublindəkiZirvə Toplantısında ən diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin Böyük Britaniyavə Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşü oldu.
Görüş zamanı “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə edildi. Bu, hər ikiölkə üçün tarixi hadisədir.
Bu sənəd Azərbaycanla Böyük Britaniya arasında münasibətlər anlayışının inkişafını nümayişetdirir. Çünki Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinə ənənəvi enerji, diplomatik-siyasi əməkdaşlıq çərçivələrindən də geniş baxır.
İştirakçılar müdafiə, təhlükəsizlik, iqtisadiyyat, təhsil, yaşıl enerji və texnoloji innovasiyanı əhatəedən çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə keçidi rəsmiləşdirirlər. Britaniyanın Qafqaza artandiqqəti onun gələcək iqtisadi inkişafın, texnoloji rəqabətin və beynəlxalq təhlükəsizlikdinamikasına dair strateji qiymətləndirməsindən irəli gəlir.
Sənədin geosiyasi əhəmiyyəti Azərbaycanın Cənubi Qafqazda artan strateji çəkisinin BöyükBritaniyanın regional maraqları ilə uzlaşdırılması, xüsusilə Orta Dəhlizin inkişafı və Avrasiyanəqliyyat-logistika arxitekturasında Bakının rolunun güclənməsi ilə bağlıdır.
Görünən odur ki, Bakı ilə London regional reallıqların beynəlxalq nizamın transformasiyamərhələsinə keçidində əlaqələrinin dinamikasına nəzər yetirməklə aşağıdakı məqamlarıhədəfləyir. Birincisi, Cənubi Qafqazda təhlükəsizliyi, iqtisadi və ticari əlaqələri, onungenişləndirilməsini ön planda tutmağa çalışır. Hər iki ölkə bu amillərdən irəli gələn məqamlarınəzərə alaraq onu dövlətlərin müştərək maraqları kimi formalaşdırmaq niyyətindədir.
Bəyannamənin mühüm siyasi məqamlarından biri tərəflərin BMT Nizamnaməsinə və beynəlxalqhüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazibütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına sadiqliyini birdaha təsdiqləməsidir.Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas prinsipləri ilə tam uzlaşır. Azərbaycan hər zaman dövlətlərin ərazi bütövlüyünün və suveren hüquqlarının beynəlxalqmünasibətlər sistemində universal və dəyişməz prinsip kimi qorunmasını müdafiə edib. Müasirbeynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin, təhlükəsizlik risklərinin və yeni çağırışların artdığı bir dövrdə bu prinsiplərin ikitərəfli strateji sənəddə xüsusi vurğulanmasımühüm siyasi mesajdır. Bu, həm də beynəlxalq hüquqa əsaslanan ədalətli dünya nizamınınqorunmasının vacibliyini göstərir. Azərbaycanın müstəqil xarici siyasət kursu, milli maraqlarınaəsaslanan mövqeyi və beynəlxalq hüquqa sadiqliyi bu sənəddə öz əksini tapır.
Birgə Bəyannamənin diqqətçəkən istiqamətlərindən biri Cənubi Qafqazda davamlı sülhün vətəhlükəsizliyin təmin olunması məsələsinə yanaşmadır. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycanvə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakıaddımların alqışlanması Böyük Britaniyanın regionda sülh prosesinə münasibətini aydın şəkildəortaya qoyur.
Xüsusilə əhəmiyyətlidir ki, Böyük Britaniya davamlı sülhə nail olmaq məqsədilə Azərbaycan vəErmənistanın ikitərəfli dialoq çərçivəsində göstərdiyi səylərə dəstəyini bir daha təsdiqləyir. Bu yanaşma regional məsələlərin həllində birbaşa dialoqun, qarşılıqlı anlaşmanın və tərəflərin siyasiiradəsinin prioritet olmasının vacibliyini ön plana çıxarır.
Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar fonunda Cənubi Qafqazda sülhün bərqərarolması yalnız region ölkələri üçün deyil, daha geniş coğrafiyada təhlükəsizlik, iqtisadiəməkdaşlıq və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətdaşıyır. Uzunmüddətli sülhün təmin olunması regionu qarşıdurma məkanından əməkdaşlıq vəiqtisadi tərəqqi məkanına çevirmək potensialına malikdir. Böyük Britaniya kimi nüfuzlu dövlətinbu prosesə dəstək ifadə etməsi isə sülh gündəliyinin beynəlxalq müstəvidə əhəmiyyətini artırır.
Görünən odur ki, Azərbaycanın çoxvektorlu xarici siyasət kursu Bakıya bütün dünya ölkələri iləqarşılıq faydalı əməkdaşlıq qurmaq imkanı qazandırıb. Müsəlman ölkəsi olaraq Azərbaycantəkcə İslam dünyası, Şərq aləmi ilə deyil, eyni zamanda Avropa, Qərblə də yaxından əməkdaşlıqqurur, bu əməkdaşlığı gün-gündən inkişaf etdirərək yeni bir mərhələyə qaldırır. Bu baxımdan bugünlərdə Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında “AzərbaycanRespublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında StratejiTərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanmasını xüsusi qeyd etmək lazımdır.
Əminliklə demək olar ki, yeni strateji tərəfdaşlıq Azərbaycan-Böyük Britaniya münasibətləriningələcək inkişafı üçün möhkəm siyasi və institusional zəmin yaradacaq, iqtisadi imkanlarıngenişlənməsinə, texnoloji tərəqqiyə, insan kapitalının inkişafına və regionda davamlı sülhünmöhkəmlənməsinə töhfə verəcəkdir. Bu baxımdan Dublin Bəyannaməsi sadəcə iki dövlətarasında münasibətlərin yeni statusunu müəyyən edən sənəd deyil, həm də gələcəyə hesablanmış, geniş əməkdaşlıq perspektivləri açan mühüm siyasi yol xəritəsidir.
Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri


