
Dövlətlər arasında möhkəm tərəfdaşlıq münasibətləri uzunmüddətli siyasi əlaqələr, qarşılıqlı etimad və əməkdaşlıq təcrübəsi əsasında formalaşır. Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər də müxtəlif mərhələlərdən keçərək bu gün daha geniş strateji çərçivəyə yüksəlmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir.
2026-cı il noyabrın 12-də imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əvvəlki əməkdaşlıq sənədlərinə əsaslanır. Sənəddə 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edilir.
Bu tarixi sənədlər Azərbaycan–Böyük Britaniya münasibətlərinin formalaşmasında mühüm rol oynayıb. Yeni Bəyannamə isə mövcud əməkdaşlığın daha geniş sahələr üzrə inkişaf etdirilməsini və tərəfdaşlığın müasir beynəlxalq çağırışlara uyğunlaşdırılmasını nəzərdə tutur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində əvvəlki diplomatik təcrübənin qorunması və yeni imkanların dəyərləndirilməsi mühüm yer tutur. Böyük Britaniya ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi bu yanaşmanın davamlılığını nümayiş etdirir.
Beləliklə, tarixi əməkdaşlıq təcrübəsinə əsaslanan yeni Bəyannamə iki ölkə arasında münasibətlərin gələcək inkişafına möhkəm zəmin yaradır. Bu sənəd siyasi dialoqdan iqtisadiyyat və humanitar əlaqələrə qədər geniş sahələri əhatə edən yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir.
Həqiqət Gülalıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 73b” ərazi partiya təşkilatının sədri



