AnalitikaDünyaGündəmSiyasət

Süni intellekt və rəqəmsal transformasiya gələcəyin əməkdaşlıq istiqaməti kimi

Rəqəmsal transformasiya dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən sənayeyə qədər bütün sahələrdə yeni inkişaf imkanları yaradır. Süni intellekt, avtomatlaşdırma və rəqəmsal xidmətlər müasir cəmiyyətlərin fəaliyyət modelini dəyişdirən əsas texnoloji amillərə çevrilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə texnoloji yeniliklərin tətbiqinə və rəqəmsal inkişaf imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir.

Azərbaycan–Böyük Britaniya Strateji Tərəfdaşlıq Bəyannaməsində süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsinin təşviqi nəzərdə tutulur. Sənəddə rəqəmsallaşdırma, inkişaf edən texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlığın genişləndirilməsi də diqqətə çatdırılır.

Süni intellektin inkişafı iqtisadiyyatın məhsuldarlığını artırmaq, dövlət xidmətlərini təkmilləşdirmək və yeni elmi imkanlar yaratmaq baxımından mühüm perspektivlərə malikdir. Bununla yanaşı, texnologiyaların tətbiqində şəffaflıq, bacarıqların inkişafı və inklüziv artım prinsiplərinin nəzərə alınması vacibdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir texnologiyalara əsaslanan iqtisadiyyat qurmaq istiqamətində həyata keçirdiyi siyasət rəqəmsal transformasiyanın əhəmiyyətini artırır. Böyük Britaniya ilə bu sahədə təcrübə mübadiləsi və institusional əməkdaşlıq ölkəmizin texnoloji inkişafına töhfə verə bilər.

Rəqəmsal əməkdaşlığın genişlənməsi Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin gələcək üçün mühüm istiqamətlərindən biridir. Bu tərəfdaşlıq yeni biliklərin mənimsənilməsi, innovativ həllərin tətbiqi və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması baxımından əhəmiyyət daşıyır.

Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button