
03-04 noyabr 2026-cı il tarixlərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, “Bakı-2026 – Dünya İdman Paytaxtı” tədbirlər proqramına uyğunolaraq, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünəhəsr olunmuş 3×3 basketbol yarışı keçirilib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Yasamal Rayon İcraHakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrəGənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarış 308 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutub.
İki gün ərzində davam edən yarış iştirakçılar arasında sağlam rəqabət, yüksək dinamika və komanda həmrəyliyi ilə yadda qalıb. Yarış iştirakçılarımüxtəlif mərhələlərdə fiziki hazırlıqlarını, fərdi bacarıqlarını, çevikliklərini vəkollektiv fəaliyyətə uyğunlaşma qabiliyyətlərini ortaya qoyaraq əzmkarlıq nümayişetdiriblər.
Tədbirin əsas hədəfi gənclər arasında idmana marağı artırmaq, sağlam həyattərzinin təbliğini genişləndirmək, fiziki fəallığı təşviq etməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda formalaşmasına dəstək olmaqdır.
Yarışın yekununda qalib komandanın üzvlərinə müvafiq diplom və medallartəqdim olunub. Yarış iştirakçıların xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.













