
Müasir dünyada baş verən siyasi,iqtisadi və geosiyasi proseslər dövlətlər arasında dialoqun,qarşılıqlı etimadın və əməkdaşlıgın əhəmiyyətini daha da artırır.Bu baxımdan “Ortaq gələcək naminə dialoq”forumu mühüm beynəlxalq platforma kimi xüsusi əhəmiyyət daşıyır.
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq”mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV tədbirdə iştirak etmiş və Forumun açılış mərasimində çıxış etmişdir.
PREZİDENT İLHAM ƏLİYEVİN forumdakı çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutdugu mövqeyi,sülhə və əməkdaşlığa verdiyi önəmi, eləcə də ölkəmizin gələcək inkişaf stragediyasını əks etdirən mühüm siyasi mesajlar baxımından diqqətəlayiqdir.
Prezident çıxışında müasir dünyanın qarşılaşdığı problemlərə,mədəniyyətlər və dinlər arasında münasibətlərə,beynəlxalq əməkdaşlıq,sülhə və təhlükəsizliyə toxunmuşdur.Dövlət başçısının fikirləri Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və müstəqil siyasətini bir daha nümayiş etdirmişdir.
Prezident İLHAM ƏLİYEV qeyd etmişdir ki,Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq mühüm beynəlxalq platformaya çevrilmişdir.İlk Forum 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə təşkil olunmuşdur.Bu təşəbbüsün həyata keçirilməsində BMT-nin Sivilizasiyalar Alyansı və digər beynəlxalq tərəfdaşlar mühüm rol oynamışlar.Forumda iştirakçıların say göstəriciləri Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi əhəmiyyətini təstiqləyir.
Forumun əsas məqsədi müxtəlif xalqlar ,dinlər və mədəniyyətlər arasında anlaşmanı gücləndirmək,qarşılıqlı hörmət və etimadı möhkəmləndirməkdir.
Azərbaycan coğrafi mövqeyinə görə əsrlər boyu Şərqlə-Qərb arasında mədəniyyət körpüsü olmuşdur.Multikulturalizm , dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı dəyərlərdir.Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər və vahid cəmiyyətin üzvləri kimi yaşayırlar.Azərbaycançılıq ideyası müxtəlif xalqları və etnik qrupları vahid milli məqsəd ətrafında birləşdirir.
Yaşadığımız sistemdən asılı olmayaraq,dəyərlərimizi,dinimizi,ənənələrimizi,həyat tərzimizi biz nəinki qoruyub saxladıq,o cümlədən gücləndirdik.Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini “DƏMİR YUMRUQ”kimi nümayiş etdirir.
“DƏMİR YUMRUQ”ifadəsi xalqımızın birliyinin ,həmrəyliyinin və qələbə əzminin rəmzinə çevrilmişdir.
Prezidentin çıxışı milli həmrəyliyin dövlətin gücünun və sabit inkişafınin əsas şərt olduğunu bir daha göstərir.
Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğuna da diqqət çəkmişdir.Prezident bildirmişdir ki,beynəlxalq hüquq bütün dövlətlərə münasibətdə eyni prinsiplərlə tətbiq edilməlidir.Lakin Azərbaycan uzun illər işğalçılıq siyasətinə məruz qaldığı dövrdə beynəlxalq münasibətlərdə hər zaman ədalətli yanaşma ilə qarşılaşmamışdır.
Dövlətlərarasında münasibətlərin qarşılıqlı hörmət ,suverenliyə etiram və beynəlxalq hüquq əsasında qurulmalı olması da prezidentin çıxışında öz əksini tapmişdır.
Prezident İ.Əliyev Azərbaycanın son 35 ildə keçdiyi inkişaf yoluna toxunaraq qeyd etmişdır ki,ölkəmiz bütün çətinliklərə baxmayaraq öz gücü və xalqımızın zəhməti hesabına iqtisadi ,siyası və enerji sahələrində mühüm uğurlara imza atmışdır.
Ölkəmizin beynəlxalq enerji bazarında, nəqliyyat və logistika sahəsində rolu getdikcə artır.
Prezident çıxışında müasir dünyada münaqişə və müharibələrin davam etməsinin ciddi narahatlıqlar yaratdığını bildirmiş , ,müharibəyə başlamağın asan ,onu başa çatdırmağın çox çətin olmasını da qeyd etmişdir.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda sabitliyin dayağı kimi qəbul edilir.
Azərbaycanın əsas məqsədı regionda sabitliyin,təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsidir.
“Ortaq gələcək naminə dialoq”mövzusu yalnız mədəniyyətlər arası münasibətlərin deyil,bütövlükdə bəşəriyyətin gələcəyini əhatə edir.
Müasir dövrdə dövlətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi ,dini və milli ayrı-seçkiliyin aradan qaldırılması ,humanitar əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bakı Forumunun keçirilməsi ölkəmizin sülh ,dialoq və qarşılıqlı anlaşma ideyalarına sadiqliyinin baris nümünəsidir.
Prezident İ.Əliyevin VII Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın siyası mövqeyini,milli dəyərlərini ,multikulturalizim ənənələrini və sülh siyasətini əks etdirən mühüm nitqdir.
Azərbaycan öz tarixi təcrübəsi,müstəqil siyasəti və beynəlxalq təşəbbüsləri ilə mədəniyyətlərarası dialoqun inkişafına bundan sonra da töhfə verməyə hazırdır
Bu çıxışdan belə nəticəyə gəlmək olar ki,ortaq gələcəyin qurulmasi üçün xalqlar və dövlətlər arasında dialoq ,qarşılıqlı hörmət, beynəlxalq hüquqa riayət və ədalətli münsibətlər əsas şərtlərdir.
Əsas mesaj budur : Sülhün ,birliyin və tərəqqinin yolu dialoqdan ,qarşılıqlı hörmətdən və ədalətdən keçir.
Şəhla Quliyeva,
M.Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini



