GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr, ekoloji təhlükəsizlik və neft sənayesinin inkişaf perspektivləri müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 1B” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə, ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunmasına və neft sənayesinin inkişaf perspektivlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə SOCAR-ın vitse-prezidentinin müavini, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş icraçı direktoru Ayxan Əliyev, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini, partiya veteranı Eyvaz Hünbətov, YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 53” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Ramil Mehdiyev və digər şəxslər çıxış ediblər.

Çıxışlarda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələr, Azərbaycanın neft sənayesinin inkişafı və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın enerji potensialının artırılması, neft-qaz sənayesinin modernləşdirilməsi, istehsalat proseslərində müasir texnologiyaların tətbiqi və ekoloji tarazlığın qorunması ölkənin davamlı inkişafının mühüm istiqamətlərindəndir.

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr kontekstində dövlətçilik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və əmək kollektivlərində ideoloji maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə də toxunulub.

Oxşar Xəbərlər

Back to top button