
Azərbaycan Ordusunun 2020-ci ildə Füzuli istiqamətində apardığı hərbi əməliyyatlar Vətən müharibəsinin ən mühüm səhifələrindən biridir. Oktyabrın 17-də şəhərin işğaldan azad edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbələr sırasında xüsusi yer tutur. Bu hadisə Azərbaycan əsgərinin döyüş ruhunu və torpaq sevgisini bütün dünyaya nümayiş etdirdi.
Füzuli istiqamətində düşmən uzun illər ərzində möhkəmləndirilmiş müdafiə xətləri yaratmışdı. Bu mövqelərin yarılması Azərbaycan hərbçilərindən yüksək hazırlıq, çeviklik və böyük fədakarlıq tələb edirdi. Ordumuzun bölmələri qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirərək düşmənin müdafiə sisteminə ciddi zərbə vurdular.
Füzuli uğrunda döyüşlərdə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında yaşayır. Onların fədakarlığı nəticəsində şəhərin azad olunması üçün əlverişli şərait yaradıldı. Bu qələbə cəbhənin digər istiqamətlərində aparılan əməliyyatların uğurla davam etdirilməsinə də töhfə verdi.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyəti müharibənin hərbi və siyasi istiqamətlərinin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Dövlət başçısının qətiyyətli mövqeyi və xalqın orduya dəstəyi milli birliyin gücünü göstərirdi. Füzuli əməliyyatı həmin birliyin və dövlət iradəsinin parlaq təzahürlərindən biri oldu.
Bu gün Füzulidə aparılan bərpa işləri hərbçilərimizin qazandığı qələbənin nəticələrini gələcək nəsillərə ötürür. Şəhərdə yaradılan yaşayış və sosial infrastruktur azadlığın real bəhrələrini nümayiş etdirir. Füzuli Şəhəri Günü qəhrəmanlıq tariximizə ehtiramın və sülh şəraitində inkişaf etmək əzminin ifadəsidir.
İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini


