GündəmSosial

Astarada Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayında irəli sürülən məsələlərə həsr olunmuş tədbirlər davam edir

16.10.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təşkilatçılığı ilə Astara Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VIII Qurultaydakı nitqinin əhəmiyyətindən, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən və ölkəmizin davamlı inkişafı naminə qarşıda duran prioritet istiqamətlərdən danışıb.

Tədbirdə çıxış edən Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Etibar Abbasov və Astara Rayon Heyvan Sağlamlıq və Baytarlıq Xidməti İdarəsinin rəisi Mübariz Axundov Prezident İlham Əliyevin qurultaydakı nitqində səsləndirilən fikirlərin əhəmiyyətini vurğulayıb, aqrar sahənin inkişafı, qarşıya qoyulan hədəflərin reallaşdırılması və bu istiqamətdə görüləcək işlər barədə fikirlərini bölüşüblər. Dəyirmi masa ətrafında aparılan müzakirələrdə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində hər bir vətəndaşın, xüsusilə də Yeni Azərbaycan Partiyasının üzvlərinin fəal iştirakının vacibliyi qeyd olunub.
Tədbir qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyinin vurğulanması ilə başa çatıb.

Oxşar Xəbərlər

Back to top button