AnalitikaGündəmSiyasət

Füzuli – Həsrətdən Zəfərə uzanan yol

oktyabr – Azərbaycan xalqı üçün əlamətdargünlərdən biridir. Bu tarix doğma yurdun azadlığaqovuşduğu, illərlə Vətən həsrəti ilə yaşayan insanlarınümidlərinin yenidən çiçəkləndiyi, milli iradənin vəsarsılmaz qətiyyətin zəfərə çevrildiyi gündür. Hər il 17 oktyabrda qeyd olunan Füzuli Şəhəri Günü xalqımızınyaddaşında zəfərin, qayıdışın və yenidən doğuluşun rəmzikimi yaşayır.

23 avqust 1993-cü ildə mənfur düşmənlərimiz tərəfindənişğal edilən Füzuli rayonu illərlə ağır sınaqlarla üzləşdi. Şəhər və kəndlər dağıntılara məruz qaldı, tarixi-mədəniirsə ciddi ziyan dəydi, minlərlə insan doğma evindən, el-obasından, uşaqlıq xatirələrindən ayrı düşdü. Bir vaxtlarinsanların səsi ilə canlanan küçələr susdu, evlərin işıqlarısöndü, doğma yurdun həsrəti isə köçkün ailələrin qəlbindəillərlə yaşadı.

Lakin illər keçsə də, Füzuliyə bağlılıq azalmadı. İnsanlardoğma torpaqlarına qayıdacaqları günün ümidiniyaşatdılar. Hər bir ailənin yaddaşında qorunan ev xatirəsi, hər bir valideynin övladına danışdığı yurd hekayəsi bubağlılığı nəsildən-nəslə ötürdü. Çünki Vətən sevgisi, doğma torpağa bağlılıq zaman keçdikcə unudulmur.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlayan Vətənmüharibəsi Azərbaycan tarixində yeni mərhələnin əsasınıqoydu. Azərbaycan Ordusunun rəşadəti, əsgər vəzabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və əzmisayəsində torpaqlarımızın azadlığı uğrunda tarixi mübarizəaparıldı. 2020-ci ilin oktyabrın 17-də Müzəffər Ali BaşKomandan Füzuli şəhərinin işğaldan azad edilməsixəbərini xalqımıza çatdırdı və böyük sevinc bəxş etdi. Bu xəbər uzun illər doğma yurd həsrəti çəkən insanlarınqəlbində yeni ümidlər oyatdı, ölkəmizin hər yerində qürurvə fərəh hissi yaratdı.

Füzulinin azadlığı təkcə hərbi uğur deyildi; bu, illərlədavam edən həsrətə son qoymaq yolunda atılmış tarixiaddım, ədalətin bərpasına doğru irəliləyiş və milliiradəmizin təntənəsi idi. Füzulinin azadlığı uğrundacanından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbindəyaşayır və əbədi olaraq yaşayacaq. Onların qəhrəmanlığıqarşısında baş əyir, qazilərimizin fədakarlığını ehtiramlayad edirik.

Bu gün Füzulidə həyata keçirilən genişmiqyaslıquruculuq işləri şəhərin gələcək inkişafı üçün mühümzəmin yaradır. Yeni yollar, müasir infrastruktur, yaşayışsahələri və sosial obyektlər azad edilmiş torpaqlardahəyatın yenidən qurulmasının göstəriciləridir. Bu dirçəlişinmühüm rəmzlərindən biri Füzuli Beynəlxalq HavaLimanıdır. Müasir hava limanı Qarabağın nəqliyyatimkanlarının genişlənməsində və bölgənin əlaqələriningüclənməsində əhəmiyyətli rol oynayır.

Şəhərin yenidən qurulması ilə yanaşı, insanların doğmatorpaqlara qayıdışı da xüsusi əhəmiyyət daşıyır. 18 avqust2023-cü ildə tarixindən başlayaraq Füzuli şəhərinə qayıdışbaşladı. Bu hadisə uzun illər yurd həsrəti çəkən ailələrüçün həyatlarının ən unudulmaz anlarından birinə çevrildi. Doğma evə qayıtmaq, illərlə xəyal edilən küçələrdəyenidən addımlamaq, ailə ocağını bərpa etmək insan üçünsözlə ifadəsi çətin olan duyğulardır.

Böyük Qayıdış yalnız insanların yaşayış yerlərinədönməsi ilə məhdudlaşmır. Bu proses iqtisadi və sosialhəyatın bərpasını, təhsil və məşğulluq imkanlarınıngenişləndirilməsini, insanların öz doğma yurdlarındadavamlı və təhlükəsiz həyat qurmasını nəzərdə tutur. Füzulinin gələcəyi də məhz bu amillərin vəhdəti iləformalaşır.

Füzuli qədim tarixə və zəngin mədəni irsə malikAzərbaycan torpaqlarındandır. Bu ərazilərin tarixi-mədəniirsi xalqımızın keçmişini, sənətkarlıq ənənələrini vəmədəni kimliyini əks etdirir. İşğal illərində həmin irsəvurulan zərər təkcə maddi itki deyil, həm də tarixi yaddaşaağır zərbə idi. Buna görə də azad edilmiş ərazilərdəmədəni irsin qorunması, tarixi abidələrin bərpası vəgələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir.

31 iyul 2023-cü il tarixində Prezident cənab İlhamƏliyevin imzaladığı sərəncamla işğaldan azad edilmişərazilərdə şəhər günləri təsis edildi və 17 oktyabr FüzuliŞəhəri Günü kimi müəyyənləşdirildi. Beləliklə, bu tarixhər il xalqımızın tarixi Zəfərini, Füzulinin azadlığını vədirçəlişini ehtiramla yad etmək üçün xüsusi məna qazandı.

Bu gün 17 oktyabr tarixini qeyd edərkən yalnızkeçmişdə qazanılmış Zəfəri xatırlamırıq. Həm də gələcəyəbaxır, azadlığın məsuliyyətini, quruculuğun əhəmiyyətinivə doğma torpaqların inkişaf etdirilməsinin vacibliyinidərk edirik. Füzulinin hər yeni küçəsi, hər bərpa olunanevi, hər qurulan obyekti bu torpağın həyatla dolduğunugöstərir.

Füzulinin dünəni həsrət, bugünü qayıdış, sabahı isə ümidvə inkişafdır. Bu şəhər bir daha sübut edir ki, doğmatorpağa bağlılıq nə zamanla silinir, nə də məsafələrləzəifləyir. Bu gün Füzuliyə baxanda yalnız yenidən qurulanbir şəhəri deyil, xalqımızın sarsılmaz iradəsini, tarixiyaddaşını və gələcəyə inamını görürük.

Füzuli azaddır, Füzuli dirçəlir, Füzulidə həyat davamedir. Vətənə qayıdış yalnız bir arzunun gerçəkləşməsideyil, tarixin gələcəyə açılan qapısıdır.

Nemət Məmmədov,
“Ayna Sultanova küç. 5” ərazi partiya təşkilatının sədrmüavini
Azərbaycan Memarlıq və İnşaat Universitetininmüəllimi

 

Oxşar Xəbərlər

Back to top button