GündəmSosial

Kimya İnstitutunda müşavirə keçirilib

Oktyabrın 8-də “H.Cavid pr.113” ünvanı üzrə (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, institutun direktor vəzifəsini icra edən Əfsun Sucayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, institutun direktor vəzifəsini icra edən Əfsun Sucayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, İnstitutun laboratoriya müdiri Arif Hüseynov, İnstitutun laboratoriya müdiri Elxan İsakov çıxışlarında qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın yeni inkişaf mərhələsinin əsas prioritetlərini müəyyənləşdirən mühüm siyasi sənəd təsiri bağışladı. Dövlətimizin başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran strateji vəzifələrə xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev qeyd etdi ki, əldə olunmuş tarixi Zəfər Azərbaycanın qarşısında yeni imkanlar açmaqla yanaşı, ölkənin davamlı inkişafı üçün daha böyük məsuliyyət formalaşdırır. Çıxışın mühüm istiqamətlərindən biri iqtisadi potensialın daha da gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkənin rəqabətqabiliyyətliliyinin artırılması ilə bağlı hədəflər oldu. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın sürətləndirilməsi və həmin bölgələrin müasir iqtisadi məkanlara çevrilməsi dövlət siyasətinin əsas prioritetləri sırasında təqdim edildi. Prezident İlham Əliyevin çıxışında insan kapitalının inkişafı, təhsil və elm sahələrinin gücləndirilməsi, gənclərin potensialından daha səmərəli istifadə olunması da xüsusi əhəmiyyət daşıyan məsələlər kimi diqqətə çatdırıldı. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasətin davam etdirilməsi də strateji kursun mühüm istiqamətlərindən biri kimi önə çəkildi. Dövlət ideologiyasının əsasını təşkil edən milli dövlətçilik, vətənpərvərlik və azərbaycançılıq dəyərlərinin cəmiyyətdə daha da möhkəmləndirilməsi qarşıdakı dövrün ideoloji fəaliyyətində mühüm istiqamət kimi müəyyənləşdirildi. Bu baxımdan, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik ənənələrinə sadiq və fəal vətəndaş kimi formalaşmasına yönəlmiş ideoloji işin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çıxışda ölkənin müdafiə qüdrətinin və təhlükəsizlik imkanlarının daha da artırılması Azərbaycanın suveren inkişafının etibarlı təminatlarından biri kimi qiymətləndirildi. Dövlət idarəçiliyində səmərəliliyin yüksəldilməsi, institusional islahatların davam etdirilməsi və cəmiyyətin bütün sahələrində müasir yanaşmaların tətbiqi də qarşıdakı dövrün mühüm vəzifələri sırasında yer aldı. Bu baxımdan VIII Qurultay Azərbaycanın Zəfərdən sonrakı dövrünün siyasi, iqtisadi, sosial və ideoloji prioritetlərini vahid strateji məqsədlər ətrafında birləşdirən mühüm platforma kimi xarakterizə oluna bilər. Prezident İlham Əliyevin çıxışı ölkənin qarşıdakı illərdə daha güclü, dayanıqlı və rəqabətqabiliyyətli dövlət kimi inkişafı üçün konkret istiqamətləri müəyyənləşdirən siyasi proqram mahiyyəti daşıdı. Bu proqramın əsas qayəsi Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri davamlı inkişafla möhkəmləndirmək və Zəfərdən doğan yeni imkanları milli tərəqqinin uzunmüddətli təminatına çevirməkdir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifə və prioritetlərin yerli təşkilatlarda geniş müzakirə olunması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə keçirilən müşavirələr qurultayda müəyyənləşdirilən strateji hədəflərin partiya təşkilatları tərəfindən dərindən mənimsənilməsinə, onların fəaliyyət istiqamətlərinə uyğunlaşdırılmasına və ardıcıl şəkildə həyata keçirilməsinə imkan yaradır. Eyni zamanda, belə müşavirələr ideoloji fəaliyyətin gücləndirilməsi, partiya üzvlərinin qarşısında duran vəzifələri istiqamətində fəaliyyətin gücləndirilməsi baxımından mühüm platformadır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Oxşar Xəbərlər

Back to top button