AnalitikaGündəmSiyasət

3 Oktyabr – sabitlik və dövlət quruculuğu dövrünün başlanğıcı

1993-cü il Azərbaycan üçün mürəkkəb və məsuliyyətli dövr idi. Ölkədə siyasi və iqtisadi çətinliklər mövcud idi, hərbi qarşıdurma isə dövlətin qarşısında ciddi problemlər yaradırdı.

Belə bir şəraitdə 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın siyasi tarixində mühüm hadisəyə çevrildi. Heydər Əliyevin prezident seçilməsi ilə dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində yeni mərhələ başladı.

Sonrakı dövrdə sabitliyin təmin edilməsi, dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və iqtisadi inkişaf üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər həyata keçirildi.

3 Oktyabrın tarixi əhəmiyyəti məhz həmin dövrün mürəkkəb şəraitində dövlət quruculuğu prosesinin yeni mərhələyə keçməsi ilə bağlıdır.

Ruhəngiz Heydərova,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 3” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button