AnalitikaGündəmSiyasət

Qlobal iqtisadi dialoqun ünvanı

Azərbaycanın son illərdə müxtəlif mötəbər beynəlxalqtədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin qlobalmiqyasda artan nüfuzunun və beynəlxalq əməkdaşlıqplatforması kimi mövqeyinin göstəricisidir. Bakının mühümsiyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi məkanaçevrilməsi Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığaverdiyi töhfəni nümayiş etdirir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu daAzərbaycanın qlobal iqtisadi proseslərdə fəal iştirakını, investisiya imkanlarını və regional bağlantıların inkişafındaartan rolunu nümayiş etdirən mühüm beynəlxalqplatformalardan biridir. Forumun cari ilin sentyabr ayının 25-26-da “Parçalanmış dünyada etimadın bərpası: CənubiQafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağıkimi” mövzusunda keçirilməsi müasir dövrdə iqtisadisabitlik, qarşılıqlı etimad və regional əməkdaşlığınəhəmiyyətini bir daha önə çıxarıb. Tədbir Azərbaycanınyeni iqtisadi reallıqlar fonunda investisiya, enerji, nəqliyyat-logistika və digər perspektivli sahələr üzrə imkanlarınınbeynəlxalq investorlar qarşısında təqdim edilməsibaxımından xüsusi əhəmiyyət daşıyıb.

Sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsialtında Bakıda keçirilən II Azərbaycan Beynəlxalqİnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyadaetimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı vəinvestisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirkeçirilib. Prezident İlham Əliyevin çıxışı Azərbaycanıniqtisadi inkişaf modelinin əsas istiqamətlərini, ölkənin artaninvestisiya imkanlarını, nəqliyyat-logistika potensialını, enerji siyasətini və Cənubi Qafqazda formalaşan yenigeoiqtisadi reallıqları əhatə edib.

Dövlət başçısının çıxışında xüsusi vurğuladığıməqamlardan biri Azərbaycanın sabit iqtisadiyyat vəmüstəqil maliyyə-iqtisadi sistem formalaşdırmasıdır. Buamillər ölkənin uzunmüddətli inkişaf perspektivlərininmühüm dayaqları kimi təqdim olunub. Valyutaehtiyatlarının xarici borcu 20 dəfə üstələməsi Azərbaycanınmaliyyə dayanıqlığının göstəricilərindən biri kimi diqqətəçatdırılıb.

Prezident İlham Əliyev uzunmüddətli və dayanıqlıiqtisadi artım üçün neft-qaz sektorundan kənar sahələrinpotensialından daha geniş istifadə edilməsinin vacibliyiniqeyd edib. Bu baxımdan mədənçilik, bərpaolunan enerji, logistika, nəqliyyat, rəqəmsal transformasiya və digəristiqamətlər Azərbaycanın gələcək iqtisadi inkişafındamühüm yer tutur. Xəzər dənizinin Azərbaycan sektorunda157 giqavatlıq enerji potensialının mövcudluğu isə ölkəninyaşıl enerji sahəsində imkanlarının miqyasını göstərir.

Çıxışda logistika, nəqliyyat və bağlantılar iqtisadiyyatınikinci mühüm hərəkətverici qüvvəsi kimi xarakterizə edilib. Son illərdə dəmir yollarına, dəniz limanlarına, hava yolu iləyükdaşımaya və avtomobil yollarına böyük həcmdəinvestisiyaların yatırılması Azərbaycanın regional nəqliyyatqovşağı kimi mövqeyini gücləndirib. Azərbaycanərazisindən keçən tranzit yüklərin həcminin sürətlə artmasıda bu siyasətin nəticələrindən biri kimi təqdim olunub. Azərbaycanın böyük Mərkəzi Asiya regionunun bir hissəsiolması isə ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyatəlaqələrindəki rolunu daha da artırır.

Prezident İlham Əliyev investorlar üçün siyasi vəiqtisadi sabitliyin əhəmiyyətini də xüsusi qeyd edib. Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşdırdığıbeynəlxalq əməkdaşlıq portfeli, enerji və nəqliyyatlayihələrində əldə etdiyi təcrübə ölkənin investisiyacəlbediciliyinin əsas elementləri sırasında göstərilib. “Exxon” şirkəti ilə müqavilənin imzalanmasının daAzərbaycanın beynəlxalq enerji əməkdaşlığınıngenişlənməsinin növbəti nümunəsi olduğu vurğulanıb.

Enerji məsələsinə toxunan dövlət başçısı Azərbaycanınartıq yalnız Avropanın enerji mənbəyi olmadığını, ölkəninenerji potensialının yeni istiqamətlər üzrə də genişləndiyinibildirib. Elektrik enerjisi sahəsində mövcud 250 meqavatlıqehtiyatın başlanğıc mərhələ olduğu qeyd edilib. Bununlayanaşı, Azərbaycanın iqlim dəyişikliklərinin təsirlərinə hələciddi şəkildə məruz qalmaması və ölkə ərazisinin 96 faizininqazlaşdırılması da çıxışda diqqətə çatdırılıb.

Azərbaycanın rəqəmsal transformasiya və fəaliyyətmərkəzinə çevrilməsi istiqamətində həyata keçirilənlayihələr də çıxışın mühüm hissəsini təşkil edib. Dövlətbaşçısı texnologiyaların əldə olunmasının mümkünlüyünüqeyd etməklə yanaşı, peşəkar və ixtisaslı kadrlarınhazırlanmasının strateji əhəmiyyətini vurğulayıb. Bukontekstdə 2003-cü ildə Prezident seçildikdən sonragənclərin xaricdə təhsil alması məqsədilə DövlətProqramının qəbul edilməsi Azərbaycanın insan kapitalınayönəlmiş siyasətinin uzunmüddətli xarakterini göstərənnümunə kimi təqdim olunub. Çıxışda informasiya mühiti vəinvestorların qərarverməsi məsələsinə də toxunulub. Böyükkapitalı təmsil edən şəxslərin saxta xəbərlər yayan mediayadeyil, etibarlı və yoxlanılmış informasiyaya əsaslanmasınınvacibliyi vurğulanıb. Bu yanaşma müasir investisiyamühitində etimad və düzgün informasiyanın əhəmiyyətiniön plana çıxarır.

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesinintarixindən danışarkən ölkəmizin dünyada neftin hasiledildiyi ilk məkan olduğunu xatırladıb və ilk neft buruğununxatirəsinin qorunub saxlanıldığını bildirib. İkinci Dünyamüharibəsi illərində Azərbaycanın Sovet ordusununyanacaq tələbatının 80 faizindən çoxunu təmin etməsi dəölkənin enerji tarixindəki rolunun göstəricisi kimi qeydolunub. Çıxışın mühüm siyasi-tarixi məqamlarından biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı fikirlər olub. Dövlət başçısı Ermənistanın işğalının30 il davam etdiyini və Azərbaycanın torpaqlarını güc yoluilə azad etdiyini bildirib. Bu reallıq Azərbaycanın hazırkıiqtisadi və investisiya mühitinin formalaşmasında mühümdönüş nöqtələrindən biri kimi qiymətləndirilə bilər.

Ümumilikdə, II Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanıniqtisadi inkişafının enerji sektorundan şaxələndirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, yaşılvə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, insankapitalına investisiyanın artırılması və ölkənin regionalbağlantılarda rolunun gücləndirilməsi kimi istiqamətləriəhatə edib.

Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qlobal iqtisadi çağırışlar fonunda etimad, sabitlik və regional bağlantı məsələlərinin müzakirəsi baxımından mühüm platforma kimi çıxış edib. Forum Azərbaycanın əlverişli investisiya mühiti, zəngin enerji və nəqliyyat potensialı, maliyyə dayanıqlığı və yeni iqtisadi imkanlarını beynəlxalq investorların diqqətinə çatdırmaq baxımından əhəmiyyət daşıyıb. Tədbirin Cənubi Qafqazda formalaşan yeni iqtisadi reallıqların, regional əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivlərinin müzakirəsinə geniş imkan yaratması onun regional əhəmiyyətini artırıb. Forum çərçivəsində investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması müzakirələrin konkret əməkdaşlıq istiqamətlərinə çevrildiyini göstərir. Nəticə etibarilə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi əlaqələrdə rolunun möhkəmlənməsinə və ölkənin investisiya, enerji, nəqliyyat, rəqəmsal transformasiya və digər perspektivli sahələr üzrə imkanlarının beynəlxalq səviyyədə təqdim edilməsinə xidmət edən mühüm tədbir kimi yadda qalıb.

Vasif Nəbiyev,
YAP Yasamal rayon təşkilatının məsələhətçisi

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button