AnalitikaGündəmSiyasət

Azərbaycanın yeni investisiya üfüqləri

Azərbaycanın son illərdə müxtəlif mötəbərbeynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizinqlobal iqtisadi və siyasi münasibətlər sistemində artanrolunun göstəricilərindən biridir. Bakı artıq müxtəlifölkələrdən dövlət nümayəndələrini, beynəlxalqtəşkilatları, maliyyə institutlarını, investorları vəaparıcı şirkətləri bir araya gətirən mühümplatformalardan biri kimi çıxış edir. II AzərbaycanBeynəlxalq İnvestisiya Forumunun Bakıda keçirilməsidə bu prosesin növbəti mühüm mərhələsi kimi diqqətçəkir.

Sentyabrın 26-da Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin himayəsi altında keçirilənForum “Parçalanmış dünyada etimadın bərpası: CənubiQafqaz qlobal bağlantı və investisiya sabitliyinindayağı kimi” mövzusuna həsr olunub. Mövzunun özümüasir dünya iqtisadiyyatında baş verən dəyişikliklərinmahiyyətini əks etdirir. Təchizat zəncirlərinin yenidənformalaşdığı, enerji və nəqliyyat marşrutlarınınəhəmiyyətinin artdığı bir şəraitdə sabitlik və etibarlıtərəfdaşlıq investorlar üçün əsas məsələlərdən birinəçevrilir. Prezident İlham Əliyev Forum iştirakçılarınamüraciətində də sabitlik, əlaqəlilik və etibarlıtərəfdaşlıqların investisiyalar üçün artan əhəmiyyətinixüsusi qeyd edib.

Azərbaycanın investisiya imkanlarınıngenişlənməsində iqtisadiyyatın şaxələndirilməsi xüsusiəhəmiyyət daşıyır. Dövlət başçısının Forumçərçivəsindəki çıxışında uzunmüddətli və dayanıqlıartım üçün neft-qaz sektorundan kənar sahələrinpotensialından daha geniş istifadə edilməsinin vacibliyivurğulanıb. Mədənçilik, bərpaolunan enerji, rəqəmsaliqtisadiyyat, logistika, nəqliyyat, sənaye, kəndtəsərrüfatı, əczaçılıq və su təsərrüfatı kimi istiqamətlərAzərbaycanın yeni iqtisadi inkişaf mərhələsində diqqətçəkən sahələr sırasında yer alır.

Azərbaycanın coğrafi mövqeyi də ölkənininvestisiya potensialını artıran mühüm amillərdəndir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyatdəhlizlərinin inkişafı Azərbaycanın tranzit və logistikaimkanlarını genişləndirir. Dəmir yollarına, dənizlimanlarına, avtomobil yollarına və hava yolu iləyükdaşımalar infrastrukturuna yatırılan investisiyalarölkənin regional bağlantılardakı rolunu daha dagücləndirir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiyailə Avropa arasında iqtisadi əlaqələrin inkişafındaoynadığı rol yeni investisiya imkanları ilə birbaşabağlıdır.

Enerji sektoru isə Azərbaycanın investisiyagündəliyində mühüm yerini qoruyur. Xəzər dənizininAzərbaycan sektorunda böyük enerji potensialınınolması, bərpaolunan enerji layihələriningenişləndirilməsi və elektrik enerjisi sahəsində yeniimkanların formalaşması ölkənin enerji siyasətininşaxələndirildiyini göstərir.

Forumun mühüm nəticələrindən biri dəmüzakirələrin konkret investisiya layihələri ilətamamlanmasıdır. Tədbir çərçivəsində beynəlxalqinvestorlar və tərəfdaş şirkətlərlə sənədlər imzalanıb. Bu sənədlər süni intellekt, enerji, bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı kimi müxtəlifsahələri əhatə edir. Bu rəqəmlər Forumun yalnız fikirmübadiləsi platforması olmadığını, real iqtisadiəməkdaşlıq imkanlarının formalaşdırıldığı məkanolduğunu göstərir.

Azərbaycanın investisiya siyasətində insankapitalının inkişafı da mühüm istiqamət təşkil edir. Prezident İlham Əliyevin çıxışında peşəkar və ixtisaslıkadrların hazırlanmasının qarşıya qoyulan iqtisadiməqsədlərə çatmaq üçün əsas şərtlərdən biri olduğuvurğulanıb. Gənclərin xaricdə təhsil almasına yönəlmişDövlət Proqramının 2003-cü ildən həyata keçirilməsidə insan kapitalına uzunmüddətli yanaşmanınnümunəsi kimi qeyd olunub. Müasir iqtisadiyyatıntexnologiya, innovasiya və yüksək ixtisaslımütəxəssislərə əsaslandığı nəzərə alınarsa, buistiqamətin gələcək investisiya mühitində xüsusiəhəmiyyət daşıdığı aydın görünür.

II Azərbaycan Beynəlxalq İnvestisiya ForumuAzərbaycanın iqtisadi imkanlarının beynəlxalqinvestorlar üçün təqdim olunması ilə yanaşı, ölkəninregional iqtisadi əlaqələrdəki rolunun müzakirəsibaxımından da mühüm platformaya çevrilib. Forumunnəticələri göstərir ki, Azərbaycanın investisiyagündəliyi enerji ilə məhdudlaşmır və yeni mərhələdərəqəmsal iqtisadiyyat, süni intellekt, yaşıl enerji, logistika, sənaye və digər sahələr üzrə genişlənir. İmzalanmış sənədlərin coğrafiyası və əhatə etdiyiistiqamətlər ölkənin qlobal iqtisadi əməkdaşlıqimkanlarının çoxşaxəli xarakter aldığını nümayişetdirir.

Beləliklə, Bakı Forumunun əsas nəticələrindən biriAzərbaycanın dəyişən qlobal iqtisadi şəraitdə etibarlıəməkdaşlıq və investisiya platforması kimi təqdimolunmasıdır. Siyasi və iqtisadi sabitlik, əlverişli coğrafimövqe, enerji və nəqliyyat potensialı, maliyyədayanıqlığı və insan kapitalına yönələn siyasət ölkənininvestisiya gündəliyinin əsas elementlərini təşkil edir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda əldəolunan konkret razılaşmalar isə bu imkanların praktikilayihələrə çevrilməsi istiqamətində yeni mərhələninformalaşdığını göstərir. 

​Elnarə Mustafayeva,
​YAP Yasamal rayon təşkilatının sədr müavini

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button