
Pensiyaların indeksləşdirilməsi mexanizmində diferensial yanaşmanın tətbiqi sosial həmrəylik prinsipinin iqtisadi mexanizmlərlə ifadə olunmasına yönəlib. Daha aşağı pensiya alan vətəndaşların artımdan tam şəkildə yararlanması sosial müdafiədə həssas qrupların prioritetliyini nəzərə alan yanaşmadır.
1176,7 manat həddinə qədər pensiya məbləğinə indeksasiya faizinin tam tətbiqi, daha yüksək pensiyalarda isə artıq hissəyə fərqli əmsalların tətbiqi gəlir səviyyələrinə görə fərqləndirilmiş model yaradır. Bu yanaşma pensiyaçıların əksəriyyətinin artımdan daha geniş faydalanmasına hesablanıb.
Sosial siyasətin əsas məqsədlərindən biri müxtəlif gəlir qrupları arasında sosial müdafiə imkanlarını tarazlaşdırmaqdır. Diferensial indeksasiya mexanizmi də bu məqsədə xidmət edən maliyyə alətlərindən biri kimi nəzərdən keçirilir.
Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı



