
Müasir ordu yalnız texniki imkanlarla deyil, peşəkar insan resursları ilə də formalaşır. Hərbi qulluqçuların bilik, bacarıq və təcrübəsinin qorunması üçün onların xidmət şəraitinin və sosial təminatının adekvat olması mühüm şərtlərdən biridir. Yeni sosial islahatların əməkhaqqı sisteminə yönəlməsi bu baxımdan kadr siyasəti ilə sosial siyasətin əlaqəsini göstərir.
Əməkhaqqının artırılması və rütbə maaşının daha böyük paya malik olması hərbi xidmətin uzunmüddətli karyera kimi qurulmasına şərait yarada bilər. Xüsusilə peşəkar hazırlığı yüksək olan hərbi qulluqçuların sistemdə saxlanılması ordunun institusional yaddaşının və təcrübəsinin qorunmasına təsir göstərir.
Sosial təminat mexanizmlərinin pensiya sistemindəki dəyişikliklərlə tamamlanması bu siyasəti daha geniş çərçivəyə gətirir. Beləliklə, hərbi qulluqçunun sosial müdafiəsi yalnız xidmət dövrü ilə deyil, onun gələcək təminatı ilə də əlaqələndirilir.
Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı


