
Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzununartdığı bir dövrdə Azərbaycanın təşkilat çərçivəsindəfəal rolu xüsusi diqqət çəkir. Son günlər Bakıda TDT üzv dövlətlərinin dini liderlərinin, ardınca isəTəhlükəsizlik Şuralarının katiblərinin yüksəksəviyyəlitoplantılarının keçirilməsi ölkəmizin Türk dünyası iləəlaqələrinin sistemli və çoxşaxəli xarakter daşıdığınıgöstərir.
Hazırda ölkəmizin geosiyasi və etno-mədəni xəritədəkiyeri, sadəcə, coğrafi koordinat deyil, Avrasiyanıngələcəyi üçün strateji qovşaqdır. Bu gün CənubiQafqazın aparıcı dövləti olan Azərbaycanın həm Türk dünyasının ayrılmaz bir parçası, həm də bu regiondayerləşən yeganə Türk dövləti olması ölkəmizin unikalmissiya qoyur.
Bu mürəkkəb kimlik və coğrafi reallıq onu regionuntəkcə bir aktoruna deyil, geosiyasi dinamikanıformalaşdıran əsas güc mərkəzinə çevirir.
Əminliklə söyləmək olar ki, Azərbaycan TDT-ninmərkəzi sütunlarından biridir. Mərkəzi Asiyadakı Türk respublikalarının Avropa və dünya bazarlarına çıxışıməhz Azərbaycanın infrastrukturu – Bakı-Tbilisi-Qarsdəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və“Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutuvasitəsilə mümkündür. Beləliklə, Azərbaycan yalnız özmilli maraqlarını təmin etmir, həm də Mərkəzi Asiya ilə Anadolunu, nəticə etibarilə bütün Türk dünyasınıbirləşdirən geoiqtisadi zəncir rolunu oynayır.
Azərbaycanın TDT çərçivəsində fəallığında Prezidentİlham Əliyevin siyasi xəttinin xüsusi yeri var. Dövlətimizin başçısı çıxışlarında Türk dünyasınıAzərbaycanın xarici siyasətinin prioritetistiqamətlərindən biri kimi təqdim edir. Onunyanaşmasında diqqətçəkən məqamlardan biri Türk dünyası anlayışının yalnız tarixi və mədəni kateqoriyakimi deyil, müasir siyasi və iqtisadi əməkdaşlıqplatforması kimi təqdim edilməsidir. Bu yanaşma TDT-nin fəaliyyət istiqamətlərində də öz əksini tapır. Təşkilatın gündəliyində artıq yalnız dil, mədəniyyət vətarixi irslə bağlı məsələlər deyil, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, təhlükəsizlikvə digər praktiki sahələr mühüm yer tutur.
Digər tərəfdən, TDT-nin beynəlxalq sistemdə rolugenişləndikcə siyasi, təhlükəsizlik və iqtisadiəməkdaşlıq imkanlarının da artması gözlənilir. Bu baxımdan Azərbaycanın təşkilat daxilində fəal iştirakıvə Bakının çoxtərəfli dialoq məkanı kimi mövqeyi türkdövlətləri arasında əməkdaşlığın gələcək mərhələsiüçün xüsusi əhəmiyyət daşıyır.
TDT-nin əsas strateji hədəflərindən biri aparıcıbeynəlxalq təşkilatlardan birinə çevrilməkdir. 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündənsonra təşkilat üzv ölkələr arasında əlaqələrin inkişafı, mühüm məsələlərin həlli və beynəlxalq arenadamövqelərinin möhkəmləndirilməsi istiqamətindəəhəmiyyətli yol keçib. Bu gün TDT müxtəlif sahələriəhatə edən əməkdaşlıq mexanizmlərinə malikdir vəonun potensialından daha geniş istifadə olunması üçünimkanlar artır. Bu baxımdan dövlət başçılarınıngörüşlərinin daha intensiv keçirilməsi mühüməhəmiyyət daşıyır.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan buprosesdə həm platforma, həm təşəbbüskar, həm dəetibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin TDT çərçivəsində ardıcıl siyasəti Türk dünyasınınpotensialının daha səmərəli reallaşdırılmasına, üzvdövlətlər arasında qarşılıqlı etimadın və həmrəyliyindaha da möhkəmləndirilməsinə xidmət edir
Ən əsası, Azərbaycanın TDT-də fəallığını yalnız “türkdövlətləri ilə həmrəylik” anlayışı ilə məhdudlaşdırmaqolmaz. Burada daha geniş proses – ortaq tarixi vəmədəni bağların siyasi institutlara, iqtisadi layihələrə, nəqliyyat və enerji dəhlizlərinə, təhlükəsizlikmexanizmlərinə və humanitar əməkdaşlığa çevrilməsiprosesi gedir. Azərbaycanın Qafqazda yerləşməsi isəprosesdə ona xüsusi geostrateji mövqe qazandırır. Bu status Azərbaycana Türk dünyasının Qərbə açılanqapısı və Qafqazın geosiyasi təhlükəsizlikarxitekturasının əsas memarı olmaq imkanı verir.
Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri



