AnalitikaGündəmSiyasət

Xankəndi – Zəfərin, qayıdışın və milli iradənin şəhəri

Bu gün Azərbaycanın ayrılmaz parçası olan Xankəndi şəhərinin tarixi və gələcəyi baxımından əlamətdar gündür. Xankəndi Azərbaycan xalqının milli yaddaşında xüsusi yeri olan, Qarabağın mühüm şəhərlərindən biridir.

Xankəndi bizim üçün yalnız bir şəhər deyil. Bu şəhər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının, tarixi ədalətin və dövlətimizin gücünün rəmzlərindən biridir. Bu gün Xankəndidə dalğalanan üçrəngli Azərbaycan Bayrağı xalqımızın iradəsinin və böyük Zəfərimizin ən aydın ifadəsidir.

Bu tarixi günə gəlib çatmağımızda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı əvəzsiz rol oynayıb. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiram və minnətdarlığımızı bildiririk. Bu Zəfər onların qəhrəmanlığının, xalqımızın birliyinin və dövlətimizin gücünün nəticəsidir.

Bu gün Xankəndidə həyatın yenidən canlanması, şəhərin qurulması və abadlaşdırılması Böyük Qayıdışın mühüm səhifələrindən biridir. İşğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri Qarabağın gələcəyinin necə böyük əzmlə qurulduğunu nümayiş etdirir.

Xankəndi Şəhəri Günü münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!

Qoy Xankəndi daim inkişaf edən, gözəlləşən və Azərbaycanın qüdrətini əks etdirən şəhərlərimizdən biri olsun.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq. Bu Zəfər heç vaxt unudulmayacaq və gələcək nəsillərə əbədi qürur mənbəyi kimi ötürüləcək.

Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button