
Qarabağda separatizmin və qanunsuz silahlı varlığın kökünün kəsilməsi yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionunun gələcək taleyi üçün yeni sülh, sabitlik və əməkdaşlıq imkanları açdı. İllərlə regionu gərginlikdə saxlayan, iqtisadi inteqrasiyaya və regional layihələrə mane olan əsas təhdid faktoru ortadan qaldırıldı.
20 sentyabr zəfərindən sonra regionda davamlı, ədalətli sülh müqaviləsinin imzalanması və nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən strateji dəhlizlərin açılması üçün tam əlverişli şərait yarandı. Azərbaycan bu həlledici addımı ilə Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və iqtisadi tərəqqinin əsas təminatçısı və aparıcı gücü olduğunu bir daha bütün dünyaya sübut etdi.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının “Ə.Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədr müavini



