Gündəm

Mərkəzi Asiya və Azərbaycan: Çolpon-Ata Bəyannaməsinin Strateji Əhəmiyyəti

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə olan münasibətləri müasir dövrdə keyfiyyətcə yeni və daha yüksək strateji mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni bir səhifə açan Çolpon-Ata Bəyannaməsinin imzalanması bunun ən bariz siyasi və tarixi təsdiqidir. Bu sənəd geniş coğrafiyada əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir.
Prezident İlham Əliyevin Mərkəzi Asiya Məşvərət görüşlərinə Azərbaycanın tamhüquqlu üzv kimi qəbul olunmasına görə Qırğızıstan Prezidentinə və digər tərəfdaş ölkələrin rəhbərlərinə təşəkkürü bu inteqrasiyanın dəyərini xüsusi vurğulayır. Azərbaycanın bu formata qoşulması həm siyasi, həm də logistik baxımdan bütün region üçün yeni inkişaf perspektivləri açır.
Çolpon-Ata Bəyannaməsi ilə təsdiqlənən bu qardaşlıq telləri Şərqlə Qərb arasında körpü olan ölkəmizin mövqeyini daha da gücləndirir. Biz əminik ki, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı bu ortaq iradə həm təhlükəsizlik, həm də iqtisadi tərəqqi baxımından qlobal əhəmiyyət daşıyacaqdır.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button