
Hər bir xalqın tarixi onun yetişdirdiyi dahi şəxsiyyətlərlə ölçülür. Azərbaycan və Qırğızıstan arasındakı qardaşlıq əlaqələrinin bu qədər dərin olmasının səbəblərindən biri də görkəmli şəxsiyyətlərimizə olan qarşılıqlı, səmimi sevgi və ehtiramdır. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun fəlsəfəsi və humanizmi hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.
Bakıda onun adını daşıyan parkın və abidənin açılması, eyni zamanda Qırğızıstandakı görüşlərin keçirildiyi məkanlarda bu dahi ədibin ruhunun yaşadılması bizi birləşdirən mənəvi gücün əzəmətini göstərir. Eyni zamanda, Ağdamda əfsanəvi “Manas”ın adını daşıyan məktəbin tikilməsi ortaq tariximizə olan böyük sədaqətin nümunəsidir.
Bu mənəvi bağlar siyasi və iqtisadi müqavilələrdən daha güclü bir təməl yaradır. Görkəmli şəxsiyyətlərimizə göstərilən bu qarşılıqlı ehtiram, xalqlarımızın mənəviyyatca eyni mənbədən bəhrələndiyini və eyni işıqlı gələcəyə doğru addımladığını aydın şəkildə nümayiş etdirir.
Tamella İbrahimli,
YAP Nizami rayon təşkilatının fəalı


