
Tarixi təqvimlər dövlətlərin həyatında həlledici hadisələrlə yadda qalır. 31 iyul 2026-cı il tarixi də Azərbaycan-Qırğızıstan münasibətləri salnaməsinə qızıl hərflərlə, diplomatik əlaqələrimizin ən parlaq və məhsuldar səhifəsi kimi həkk olundu. Dövlət səfəri formatında həyata keçirilən bu görüşlər iki ölkənin bütün sahələrdə – siyasətdə, iqtisadiyyatda və humanitar sferada vahid və qardaşlıq mövqeyindən çıxış etdiyini təsdiqlədi.
Qəbul edilən qərarlar və imzalanan genişmiqyaslı sənədlər zərfi sübut etdi ki, diplomatik əlaqələrimiz ənənəvi mərasimlərdən daha çox, hədəfə yönəlmiş əməli nəticələr verməkdədir. İstər Ağdamda “Manas” məktəbinin, istərsə də İssık-Kulda “Bakı” hotelinin açılışı bu fəaliyyətin real abidələridir.
Biz qürur duyuruq ki, Azərbaycanın xarici siyasəti türk dünyasının bütövləşməsinə və qardaş ölkələrlə əlaqələrin zirvəyə qaldırılmasına xidmət edir. 31 iyul 2026-cı il tarixi göstərdi ki, Azərbaycan və Qırğızıstan arasındakı dostluq və müttəfiqlik əlaqələri qırılmazdır, əbədidir və gələcəyə böyük inamla baxır.
Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı


