AnalitikaDünyaGündəmSiyasət

Turizm və İnvestisiya: “Bakı” Beşulduzlu Hotelinin Uğuru

Qırğızıstanın əsrarəngiz təbiət incisi olan İssık-Kul gölünün sahilində inşa edilmiş ilk beşulduzlu hotelin Azərbaycan dövlətinin vəsaiti ilə ərsəyə gəlməsi investisiya və turizm əlaqələrimizin böyük zəfəridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmkarlarla birgə açılışı edilən və “Bakı” adını daşıyan bu hotel qürurverici bir ortaq layihədir.

“Bakı” resort kompleksinin yaradılması Qırğızıstanın turizm imkanlarını beynəlxalq səviyyəyə qaldırmaqla yanaşı, Azərbaycanın etibarlı və güclü bir investor olduğunu nümayiş etdirir. Bu cür infrastruktur layihələri iki ölkə arasındakı iqtisadi əlaqələrin artıq ənənəvi ticarətdən çox kənara çıxaraq, strateji kapital qoyuluşuna çevrildiyini sübut edir.

Bu möhtəşəm hotel minlərlə turisti qəbul etməklə iqtisadiyyata davamlı qazanc gətirəcək, eyni zamanda Qırğızıstanda Azərbaycanın müasir, inkişaf etmiş və dost simasını təmsil edəcək. Bu uğur, gələcəkdə həyata keçiriləcək onlarla yeni turizm və inşaat layihəsi üçün çox uğurlu bir bələdçidir.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button