
Qarabağın 30 illik erməni işğalından azad edilməsi bütün türk dünyasının mənəvi qələbəsi idi və indi həmin torpaqların dirçəlişində də türk dövlətləri böyük həmrəylik nümayiş etdirirlər. Qırğızıstanın bu quruculuq işlərinə qoşulması qardaşlıq və etibarlı müttəfiqlik nümunəsidir. Prezident İlham Əliyev öz çıxışında göstərilən bu köməyə görə daimi minnətdarlığını ifadə etmişdir.
Ağdam rayonunda inşası başa çatmış və dastan qəhrəmanı “Manas”ın adını daşıyan məktəb təkcə təhsil ocağı deyil, həm də bərpa prosesinə verilən əvəzsiz töhfənin simvoludur. Viran qoyulmuş torpaqlarda həyatın yenidən bərpası qardaş dövlətlərin birgə səyləri ilə daha sürətli və əzəmətli xarakter alır.
Qırğız xalqının bu fədakarlığı Qarabağ torpağında uzun əsrlər boyu xatırlanacaqdır. İşğaldan zərər çəkən ərazilərin yenidən cənnətə çevrilməsi prosesində atılan bu addımlar türk xalqlarının bir-birinin həm kədərində, həm də sevincində necə möhkəm dayandığını bütün dünyaya sübut edir.
Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı


