
Azərbaycanda azad mətbuatın təməli və inkişaf istiqamətləri məhz Ümummilli Lider Heydər Əliyevin tarixi qərarları ilə qoyulmuşdur. Müharibə şəraitində yaşamağımıza baxmayaraq, “jurnalistlərin dostu” adını qazanmış Ulu Öndər böyük cəsarət nümayiş etdirərək əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.
Bu ali siyasi iradənin nəticəsində ölkədə söz azadlığı prinsipləri bərqərar oldu, qəzet və jurnal bolluğu yarandı, vətəndaş cəmiyyətinin inkişafına güclü təkan verildi. Bu mütərəqqi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edərək ölkənin hərtərəfli inkişafı üçün böyük işlər görür.
Hər iki dövlət başçısı mətbuata ayrılan prinsipial diqqətə görə müxtəlif illərdə “Ruh” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər. Bu, Azərbaycan iqtidarının mətbuata və cəmiyyətə həmişə açıq olmasının ən bariz göstəricisidir.
Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı



