AnalitikaDünyaGündəmSiyasət

Şuşa Qlobal Media Forumları: Həqiqət və Etimad Mərkəzi

Müstəqillik dövründə milli mətbuatımızın tarixində ən qürurverici hadisələrdən biri, şübhəsiz ki, jurnalistlərimizin öz peşə bayramlarını mədəniyyət paytaxtımız və Qarabağın tacı olan Şuşada qeyd etməsidir. Şuşa şəhəri artıq beynəlxalq media nümayəndələrinin toplaşdığı mühüm müzakirə platformasına çevrilib.

2023-cü ildən etibarən burada mütəmadi olaraq Qlobal Media Forumları təşkil olunur. Xüsusilə, 2026-cı il 13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu xüsusi əhəmiyyət daşıyır. Bu tədbirdə dezinformasiya ilə mübarizə, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması və medianın sülh quruculuğundakı rolu kimi aktual məsələlər ətrafında beynəlxalq səviyyəli müzakirələr aparılmışdır.

Şuşada keçirilən bu tədbirlər zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisələr olmaqla bərabər, qlobal informasiya məkanında ölkəmizin mövqeyini də xeyli gücləndirir.

Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button