AnalitikaGündəmSiyasət

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın regional və qlobal səviyyədə artan rolu, eləcə də beynəlxalq arenada həyata keçirdiyi fəal əməkdaşlıq siyasəti nüfuzlu beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasına geniş imkanlar yaradıb. Müstəqil dövlətimizin milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində ölkəmizin müstəqilliyinin təməli daha da möhkəmlənib. Suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Slovakiya ilə də münasibətlərin dərinləşdirilməsi və yeni strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm qərarlar qəbul edib, sənədlər imzalayıb. Bu isə dövlətlərarası əlaqələrin dinamik inkişafına əhəmiyyətli töhfə verib.

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan dinamik inkişafının növbəti təzahürüdür. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair aktual məsələlər müzakirə olunub, dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirilib, mətbuata birgə bəyanatlar verilib.

Məlum olduğu kimi, Azərbaycanda Slovakiya şirkətlərifəaliyyət göstərir yol tikintisi ilə yanaşı, müxtəlifinfrastruktur layihələrinin həyata keçirilməsində iştirakedirlər. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik enerjisi, ətraf mühitin mühafizəsi tikintisahələrində əməkdaşlığın genişləndirilməsində xüsusimaraq göstərir.

Əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdəhəyata keçirdiyi layihələrdir. Bu gün Azərbaycanın əsasprioritetlərindən biri azad edilmiş torpaqlardagenişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması keçmiş məcburi köçkünlərin doğma yurdlarınatəhlükəsiz qayıdışının təmin edilməsidir. Dost tərəfdaş ölkələr bu prosesə öz töhfələrini verirlər.

Prezident İlham Əliyev bu barədə bildirib: “Biz çoxşadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirakedir biz bu gün cənab Prezidentlə birlikdə Ağdamrayonunun Baş Qərvənd kəndinə gedəcəyik. OradaSlovakiya şirkətiAğıllı kəndlayihəsini icra edir bulayihə ilə tanış olacağıq. Bu dəstəyə Qarabağınbərpasına verdiyiniz töhfəyə görə Sizə bir dahatəşəkkürümü bildirmək istəyirəm.”

Əminliklə demək olar ki, Slovakiya RespublikasınınPrezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəribütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyəyüksəlməsinə mühüm təkan verəcək, ikitərəflimünasibətlərin gələcək inkişafı üçün yeni imkanlaraçacaq.

Şəbnəm İbrahimli,
Miqrasiya KönüllüsüİctimaiBirliyinin sədri

Oxşar Xəbərlər

Back to top button