AnalitikaGündəmSiyasət

Ordumuz dövlətimizin simvoludur

Müasir dünyanın geosiyasi reallıqları göstərir ki, dövlətlərin beynəlxalq nüfuzu artıq təkcə iqtisadiinkişaf səviyyəsi ya diplomatik münasibətləriningenişliyi ilə müəyyən olunmur. Bu gün öz millimaraqlarını qətiyyətlə qoruyan, təhlükəsizlik sahəsindəetibarlı mövqe nümayiş etdirən regional proseslərinistiqamətinə təsir göstərən ölkələr daha böyük siyasiçəkiyə malikdirlər. Azərbaycanın son illərdə əldəetdiyi nailiyyətlər bu həqiqətin ən parlaqtəzahürlərindən biridir. Ölkəmiz hazırda yalnız enerjilayihələri, iqtisadi uğurları beynəlxalq təşəbbüsləriilə deyil, həm güclü ordusu tam təmin olunmuşsuverenliyi ilə dünya miqyasında diqqət çəkir.

26 İyunSilahlı Qüvvələr Günü Azərbaycandövlətçiliyinin tarixində xüsusi əhəmiyyətə malikgünlər sırasındadır. Bu tarix artıq yalnız ordununyaradılması ilə bağlı əlamətdar gün kimi deyil, həm müstəqilliyin, təhlükəsizliyin dövlət gücünün rəmzikimi qəbul edilir. Azərbaycanın qazandığı uğurlargöstərir ki, güclü dövlət anlayışının əsasında iqtisadiinkişaf, xalqın dövlət ətrafında birliyi qüdrətli ordudayanır. Məhz bu amillərin vəhdəti ölkəmizinqarşılaşdığı mürəkkəb geosiyasi çağırışları uğurla dəfetməsinə imkan yaradıb.

Ümummilli Lider Heydər Əliyev ordu quruculuğunuhər zaman dövlət siyasətinin ən vacib istiqamətlərindənbiri hesab edib. OnunGüclü ordu dövlətinmüstəqilliyinin təminatçısıdırfikri bu gün özaktuallığını qorumaqdadır. Bu yanaşma sadəcə siyasimövqe deyil, müasir Azərbaycan dövlətçiliyinininkişaf strategiyasının mühüm tərkib hissəsi idi. MəhzUlu Öndərin rəhbərliyi ilə ölkədə peşəkar nizamiordu quruculuğunun əsası qoyuldu, milli hərbikadrların yetişdirilməsi istiqamətində mühüm addımlaratıldı gələcək qələbələrin təməli formalaşdırıldı.

Tarix sübut edir ki, gücsüz dövlətlər beynəlxalqproseslərin təsiri altında qalırlar, güclü dövlətlər isəhəmin proseslərə istiqamət verirlər. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində uzunillər aparılan danışıqların nəticəsiz qalması, beynəlxalqtəşkilatların qəbul etdiyi qərarların icra olunmaması işğal faktının davam etməsi göstərirdi ki, beynəlxalqmünasibətlərdə hüquqla yanaşı güc amili mühümrol oynayır. Azərbaycan məhz bu reallığı düzgünqiymətləndirərək öz müdafiə potensialını gücləndirməkyolunu seçdi.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında həyata keçirilən ardıcıl siyasətnəticəsində ordu quruculuğu dövlətin əsas prioritetistiqamətlərindən birinə çevrildi. Müdafiə sənayesinininkişafı, hərbi büdcənin artırılması, müasir silah texnikaların alınması, peşəkar hərbi hazırlığıngücləndirilməsi beynəlxalq hərbi əməkdaşlığıngenişləndirilməsi Azərbaycan Ordusunu yeni inkişafmərhələsinə çıxardı. Prezident İlham Əliyevinvurğuladığı kimi, ordu quruculuğu dövlət siyasətininəsas istiqamətlərindən biridir. Həyata keçirilən busiyasət nəticəsində regionda qüvvələr nisbətiəhəmiyyətli dərəcədə dəyişdi.

2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycantarixinin ən mühüm hadisələrindən biri oldu. Bumüharibə yalnız hərbi əməliyyatlarla məhdudlaşmadı, eyni zamanda Cənubi Qafqazın siyasi reallıqlarınıdəyişdirdi. Azərbaycan Ordusunun 44 gün ərzindəqazandığı möhtəşəm Zəfər nəticəsində işğala sonqoyuldu, uzun illər davam edən status-kvo aradanqaldırıldı beynəlxalq hüququn tələbləri təmin edildi. Dünya bir daha şahid oldu ki, milli maraqlarınıqorumaq gücünə malik olan dövlətlər geosiyasiproseslərin gedişinə təsir edə bilirlər.

Müharibədən sonra yaranmış yeni reallıqlar artıqAzərbaycanın müəyyən etdiyi siyasi çərçivələrəsasında formalaşmağa başladı. Uzun illər işğalsiyasətindən faydalanmağa çalışan Ermənistanregionda yaranmış yeni vəziyyəti qəbul etməkməcburiyyətində qaldı. 2023-cü ilin sentyabr ayındahəyata keçirilən lokal xarakterli antiterror tədbirləri isəAzərbaycanın dövlət suverenliyinin tam bərpasınıtəmin etdi. Qısa müddətdə həyata keçirilən əməliyyatnəticəsində separatizmə son qoyuldu, konstitusiyaquruluşu bərpa edildi dövlət hakimiyyəti ölkəninbütün ərazilərində təmin olundu. Bu hadisə həm hərbi, həm siyasi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Beləliklə, 2020-ci ildə başlanan tarixi proses 2023-cü ildə öz yekun nəticəsinə çatdı.

Bu gün Qarabağ Şərqi Zəngəzurda aparılan bərpa yenidənqurma işləri həmin tarixi qələbələrin realnəticələridir. İşğaldan azad edilmiş ərazilərdə yeniyaşayış məntəqələri salınır, şəhərlər müasir standartlarauyğun şəkildə qurulur Böyük Qayıdış proqramıuğurla icra olunur.

Azərbaycanın bugünkü qüdrəti yalnız hərbi sahə iləməhdudlaşmır. Ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri beynəlxalqəməkdaşlıq platformalarında mühüm rol oynayır. Zəngəzur dəhlizi, Orta Dəhliz layihəsi, Türk DövlətləriTəşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi Avropanın enerji təhlükəsizliyinə verilən töhfələrAzərbaycanın geosiyasi mövqeyini daha dagücləndirir. Bütün bu uğurların əsasında isə güclüdövlət etibarlı təhlükəsizlik sistemi dayanır.

Müasir beynəlxalq münasibətlər sistemində hərbi güc siyasi nüfuz bir-birini tamamlayan anlayışlardır. Azərbaycanın bu gün beynəlxalq təşkilatlarda, qlobalenerji layihələrində, nəqliyyat marşrutlarında regional təhlükəsizlik məsələlərində mühüm mövqetutmasının əsas səbəblərindən biri məhz güclümüdafiə potensialıdır. Ölkəmiz artıq təhlükəsizliyəehtiyac duyan deyil, təhlükəsizlik yaradan dövlətlərsırasında yer alır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilənbeynəlxalq layihələr formalaşan yeni əməkdaşlıqplatformaları göstərir ki, Qarabağ Zəfəri yalnız ərazibütövlüyünün bərpası ilə nəticələnməyib. Bu qələbəeyni zamanda ölkəmizi regionun gələcək inkişafınımüəyyən edən əsas siyasi aktorlardan birinə çevirib. Bu gün Cənubi Qafqazda baş verən hər bir mühümprosesdə Azərbaycanın mövqeyi nəzərə alınır bu, ölkəmizin artan siyasi, hərbi diplomatik nüfuzunungöstəricisidir.

2021-ci ildə imzalanmış Şuşa BəyannaməsiAzərbaycan-Türkiyə münasibətlərində yeni mərhələninbaşlanğıcı oldu. Bu sənəd iki qardaş ölkə arasındamüttəfiqlik münasibətlərini daha da möhkəmləndirdi regionun təhlükəsizlik arxitekturasında mühüm roloynadı. Azərbaycan Ordusunun Türkiyə modeliəsasında təkmilləşdirilməsi, komando birliklərininyaradılması, Milli Müdafiə Universitetinin fəaliyyəti birgə hərbi təlimlər gələcəyin çağırışlarına uyğuntəhlükəsizlik sisteminin formalaşdırılmasına xidmətedir.

Bu gün Azərbaycan artıq keçmişin çətinlikləri iləüzləşən ölkə deyil. Bu gün Azərbaycan öz millimaraqlarını qətiyyətlə müdafiə edən, regional beynəlxalq proseslərdə mühüm rol oynayan güclüdövlətdir. Bu gücün əsasını xalqın iradəsi, uzaqgörənsiyasi rəhbərlik qalib Azərbaycan Ordusu təşkiledir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, güclüdövlətin əsas dayaqlarından biri güclü ordudur. Sonillərdə qazanılmış bütün tarixi uğurların mərkəzindəməhz bu amil dayanır. Qalib ordu ölkəmizə tamsuverenlik qazandırmış, tam suverenlik isəAzərbaycanı regionun aparıcı siyasi gücmərkəzlərindən birinə çevirmişdir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button