AnalitikaGündəmSiyasət

Azərbaycan Silahlı Qüvvələrin şərəfli yolu

Hər il iyun ayının 26-da Azərbaycan xalqı özünündövlətçiliyinin əsas dayaqlarından biri olan SilahlıQüvvələrinin yaranma gününü qeyd edir. Bu günxalqın öz müstəqilliyini, ərazi bütövlüyünü suverenliyini qoruma əzminin rəmzidir. AzərbaycanSilahlı Qüvvələri günü dövlətçilik tariximizin ənmühüm səhifələrindən birini təşkil edir, çünki məhzgüclü, mütəşəkkil müasir ordu olmadan heç birdövlətin tam mənada müstəqil təhlükəsizmövcudluğundan danışmaq mümkün deyil. Bu bayram Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir, çünki ölkəmizin tarixi yaddaşında hərbi gücün formalaşdırılması prosesi həm böyük çətinliklərlə, həm də qürurverici nailiyyətlərlə müşayiət olunmuşdur. 1918-ci ildə qurulan ilk Milli Ordudan tutmuş 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərə və ondan sonrakı dövrə qədər keçilən yol Azərbaycan xalqının iradəsinin, dözümünün və vətənpərvərliyinin ifadəsidir.

Azərbaycan Silahlı Qüvvələrinin tarixi 1918-ci ilə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dövrünə gedib çıxır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən özünün milli ordusunu yaratmaq zərurəti ilə üzləşmişdi. Mürəkkəb regional və beynəlxalq şəraitdə, ətrafda gedən hərbi münaqişələr fonunda gənc respublikanın öz təhlükəsizliyini təmin etmək üçün mütəşəkkil silahlı qüvvələrə ehtiyacı var idi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Milli Ordunun yaradılması haqqında qərar qəbul etmişdir. Bu addım həm hərbi zərurətdən həm də gənc dövlətin suverenliyini real şəkildə təmin etmək istəyindən irəli gəlirdi. Belə bir dövrdə, dünya müharibəsinin nəticələri hələ tam aydınlaşmadığı, bölgədə müxtəlif siyasi-hərbi qüvvələrin mübarizə apardığı bir şəraitdə milli ordunun yaradılması cəsarətli və uzaqgörən addım idi. Milli Ordunun qurulması prosesində o dövrün görkəmli hərbi və dövlət xadimləri mühüm rol oynamışlar. Bu sırada general Səməd bəy Mehmandarovun, general Əliağa Şıxlinskinin və digər peşəkar hərbçilərin adlarını xüsusi qeyd etmək lazımdır. Onların təcrübəsi və bilikləri sayəsində qısa müddətdə nisbətən mütəşəkkil hərbi struktur formalaşdırıla bildi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud ola bilsədə bu qısa dövr ərzində yaradılmış hərbi ənənələr, formalaşmış zabit kadrları və qazanılmış təcrübə Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı və gələcəkdə milli ordu quruculuğu üçün mənəvi-tarixi əsas rolunu oynadı.

Sovet hakimiyyəti illərində Azərbaycanın müstəqil milli ordusu mövcud olmadı. Bu dövrdə azərbaycanlı gənclər ümumittifaq ordusunun tərkibində xidmət edirdilər, lakin bu, milli mənafelərə xidmət edən müstəqil hərbi struktur deyildi. Bununla belə, bu illərdə də çoxlu sayda azərbaycanlı hərbçi yüksək peşəkarlıq nümayiş etdirərək, gələcəkdə milli ordu quruculuğu üçün zəruri olan təcrübəni qazanmışdır.

1991-ci ildə Sovet İttifaqının dağılması və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ölkə tarixində yeni mərhələnin başlanğıcı oldu. Müstəqilliyin ilk illəri olduqca ağır və mürəkkəb şəraitdə keçdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi, daxili siyasi sabitsizlik və iqtisadi çətinliklər fonunda yenidən milli ordunun yaradılması zərurəti ortaya çıxdı.

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 9-da qəbul etdiyi “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun qəbul etsə də bu həmin dövrün proseslərinə müsbət təsir göstərə bilmədi. 1990-cı illərin əvvəllərində Azərbaycan ordusu bir sıra ağır məğlubiyyətlərlə üzləşdi. Bu, həm təcrübəsizlikdən, həm təşkilatlanma problemlərindən, həm də daxili siyasi qeyri-sabitlikdən qaynaqlanırdı. Qarabağın işğalı Azərbaycan xalqı üçün böyük faciə oldu və bir milyondan artıq insanın qaçqın-köçkün vəziyyətinə düşməsinə səbəb oldu. Bu acı təcrübə isə gələcəkdə güclü, peşəkar və müasir ordu yaratmağın nə qədər vacib olduğunu bir daha göstərdi.

1993-cü ilin iyunun 15-də xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin, o cümlədən Silahlı Qüvvələrin inkişafında dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi zaman ölkə son dərəcə ağır vəziyyətdə idiərazilərin böyük birhissəsi işğal altında idi, ordu mütəşəkkil deyildi, dövlət idarəçiliyində xaos hökm sürürdü. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ölkədə daxili sabitliyin bərpası istiqamətində ardıcıl addımlar atıldı. Paralel olaraq, ordu quruculuğu məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1994-cü ildə Ermənistanla atəşkəs sazişinin imzalanması döyüş əməliyyatlarını dayandırsa da, Azərbaycan rəhbərliyi heç vaxt işğal faktı ilə barışmadı və ordunun gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hərbi quruculuq sahəsində bir sıra mühüm islahatlar aparıldı: hərbi təhsil müəssisələri yenidən qurulub inkişaf etdirildi, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirildi, ordunun maddi-texniki bazası möhkəmləndirildi. Həmçinin, milli hərbi ənənələrin, o cümlədən 1918-ci il Milli Ordusunun irsinin yaşadılması məsələsinə xüsusi diqqət yetirildi.Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il iyunun 22-də imzalanan fərmanla 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi rəsmən təsis edildi. Bu tarixin seçilməsi təsadüfi deyildi — 1918-ci ildə Milli Ordunun yaradılması günü ilə müasir Azərbaycan ordusu arasında tarixi varislik əlaqəsi qurulurdu. Bununla da müasir Azərbaycan Silahlı Qüvvələri özünün kökünü 1918-ci ilin Milli Ordusundan götürən, tarixi varislik prinsipi üzərində qurulan bir qurum kimi formalaşdırıldı.

2003-cü ildən etibarən AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin rəhbərliyialtında ordu quruculuğu prosesi yeni, daha sürətlimərhələyə qədəm qoydu. Bu dövrdə Azərbaycanıniqtisadi imkanlarının artması, xüsusilə neft-qazgəlirlərinin müdafiə sənayesinin inkişafınayönəldilməsi ordunun modernləşdirilməsi üçünəlverişli şərait yaratdı. Prezident İlham Əliyevinhakimiyyəti dövründə müdafiə xərcləri ardıcıl olaraqartırıldı, ordu ən müasir silah-sursat hərbi texnikailə təchiz edildi. Azərbaycan dünyanın aparıcı silahistehsalçısı ölkələri ilə sıx hərbi-texniki əməkdaşlıqqurdu, eyni zamanda öz daxili müdafiə sənayesinininkişafına böyük diqqət yetirildi. Bakıda ölkənindigər regionlarında müdafiə sənayesi müəssisələriyaradıldı, bu müəssisələrdə müxtəlif növ silah, hərbitexnika hərbi ləvazimat istehsal olunmağa başlandı.Bununla yanaşı, hərbi kadrların hazırlanması sisteminə ciddi diqqət ayrıldı. Hərbi təhsil müəssisələrimüasirləşdirildi, zabit heyətinin NATO standartlarınauyğun hazırlığı təmin edildi, beynəlxalq hərbitəlimlərdə əməliyyatlarda iştirak genişləndirildi. Azərbaycan ordusu Əfqanıstanda digər beynəlxalqsülhməramlı missiyalarda iştirak edərək, özpeşəkarlığını döyüş hazırlığını artırma imkanıqazandı.

Bu illər ərzində aparılan ardıcıl islahatlar, hərbitexnikanın yenilənməsi, döyüş hazırlığınınyüksəldilməsi nəticəsində Azərbaycan ordusu region miqyasında ən güclü müasir ordulardan birinəçevrildi.

2020-ci il sentyabrın 27-də başlayan 44 gündavam edən İkinci Qarabağ müharibəsi, yəni Vətənmüharibəsi Azərbaycan tarixinin ən şanlısəhifələrindən birini təşkil edir. Otuz ilə yaxın davamedən işğal faktına Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan SilahlıQüvvələrinin qətiyyətli peşəkar əməliyyatlarınəticəsində son qoyuldu. Bu müharibə zamanıAzərbaycan ordusu yüksək döyüş qabiliyyəti, müasirtaktika strategiya tətbiqi, qabaqcıl hərbitexnologiyalardan səmərəli istifadə nümayiş etdirdi. Pilotsuz uçuş aparatlarının (dronların) effektiv tətbiqi, müasir kəşfiyyat əlaqələndirmə sistemlərinin işəsalınması, eləcə hərbi qulluqçuların yüksək mənəvi-psixoloji hazırlığı döyüş meydanında həllediciüstünlük təmin etdi. 44 günlük Vətən müharibəsinəticəsində Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı digər mühüm strateji əhəmiyyətli ərazilər işğaldanazad edildi. 2020-ci il noyabrın 10-da imzalananüçtərəfli bəyanatla hərbi əməliyyatlar başa çatdı Azərbaycan otuz ilə yaxın davam edən ədalətsizliyəson qoydu. 2023-cü il sentyabrın 19-20-də həyatakeçirilən antiterror tədbirləri nəticəsində isəAzərbaycan öz ərazisi üzərində tam suverenliyini bərpaetdi. Bu Zəfər Azərbaycan xalqının milli birliyinin, vətənpərvərliyinin iradəsinin təntənəsi idi. Vətənmüharibəsində şəhid olan minlərlə qəhrəmanövladımızın xatirəsi Azərbaycan xalqının yaddaşındaəbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı vətən sevgisi gələcək nəsillər üçün örnək olaraqqalacaqdır.

Azərbaycan ordusunda hərbi qulluqçularınhazırlığı bu gün müasir tələblərə uyğun aparılır. Heydər Əliyev adına Hərbi Akademiya, Hərbi DənizAkademiyası digər ixtisaslaşdırılmış hərbi təhsilmüəssisələri yüksək ixtisaslı zabit kadrlarınınhazırlanmasını təmin edir. Eyni zamanda, döyüştəlimləri mütəmadi olaraq keçirilir, ordu beynəlxalqhərbi təlimlərdə fəal iştirak edir. Son illərAzərbaycanda müdafiə sənayesinin inkişafına xüsusidiqqət yetirilir. Azərbaycan Respublikasının MüdafiəSənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərənmüəssisələrdə müxtəlif növ hərbi texnika, silah-sursat, pilotsuz uçuş aparatları digər hərbi məhsullaristehsal olunur. Bu, ölkənin xarici asılılığını azaltmaqlayanaşı, həm müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanhəmçinin beynəlxalq hərbi sərgilərdə fəal iştirakedərək öz hərbi sənaye potensialını nümayiş etdirir. Bakıda keçirilən ADEX (Azerbaijan International Defence Exhibition) beynəlxalq müdafiə sərgisi busahədə mühüm tribuna rolunu oynayır ölkəninbeynəlxalq hərbi-texniki əməkdaşlıq əlaqələriningenişlənməsinə töhfə verir.

Azərbaycanda gənc nəslin hərbi-vətənpərvərlikruhunda tərbiyə olunması dövlət siyasətinin mühümistiqamətlərindən biridir. Məktəblərdə ali təhsilmüəssisələrində hərbi hazırlıq dərsləri tədris olunur, gənclər arasında hərbi-idman oyunları, yarışlarkeçirilir. Bu tədbirlər gənc nəslin vətən sevgisi ruhundaböyüməsinə, lazım gəldikdə vətənin müdafiəsinə hazırolmasına xidmət edir. Hər il 26 iyun tarixində ölkəmiqyasında müxtəlif tədbirlər təşkil olunur. PaytaxtBakıda regionlarda hərbi parad, nümayiş tədbirlərikeçirilir, şəhid ailələrinə müharibə veteranlarınaehtiram nümayiş etdirilir. Dövlət başçısı tərəfindənhərbi qulluqçulara fəxri adlar, orden medallartəqdim olunur. Bu tədbirlər həm xalqın ordu iləhəmrəyliyini nümayiş etdirir, həm hərbiqulluqçuların xidmətlərinin layiqincəqiymətləndirilməsinə xidmət edir. 26 iyun bayramıqeyd edilərkən Azərbaycan xalqı, eyni zamanda, ölkənin azadlığı, müstəqilliyi ərazi bütövlüyüuğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad edir. Qarabağ müharibələri zamanı həlak olmuşminlərlə hərbçi mülki şəxsin xatirəsi Azərbaycanxalqının qəlbində daim yaşayır. Şəhidlər xiyabanı, eləcə ölkənin müxtəlif bölgələrindəki abidə-kompleksləri bu əziz xatirənin əbədiləşdirildiyiməkanlardır. Hər il bu tarixlərdə dövlət rəsmiləri, hərbiqulluqçular vətəndaşlar bu məkanları ziyarət edərək, vətən uğrunda canlarını qurban vermiş qəhrəmanlarıminnətdarlıqla yad edirlər. Şəhid ailələrinə müharibə əlillərinə dövlət tərəfindən göstərilən qayğıda bu münasibətin praktiki ifadəsidir.

26 iyunAzərbaycan Respublikasının SilahlıQüvvələri Günü Azərbaycan xalqının dövlətçiliktarixinin, milli qürurunun gələcəyə inamınınrəmzidir. 1918-ci ildən başlayan, ağır sınaqlardankeçən, lakin heç vaxt sönməyən milli ordu ənənəsi bugün müasir, güclü beynəlxalq miqyasda nüfuzsahibi olan Azərbaycan Silahlı Qüvvələrində özdavamını tapır. Tarixin müxtəlif mərhələlərindəAzərbaycan xalqı öz müstəqilliyini, ərazi bütövlüyünüqoruyub saxlamaq üçün böyük çətinliklərlə üzləşmiş, lakin hər zaman bu sınaqlardan üzüağ çıxmışdır. 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfər bunun ən bariznümunəsidir. Bu gün Azərbaycan Silahlı Qüvvələriölkənin suverenliyinin, sülhünün təhlükəsizliyininetibarlı qarantı kimi fəaliyyət göstərir. Müasir silah-sursatla təchiz olunmuş, yüksək peşəkarlığa malik, beynəlxalq təcrübəyə əsaslanan ordumuz Azərbaycanıngələcək inkişafının təhlükəsizliyinin əsas dayağıdır. 26 iyun günü hər bir Azərbaycan vətəndaşı üçün qürur, minnətdarlıq vətənpərvərlik hissləri ilə dolu birgündürbu gün biz öz hərbçilərimizə, şəhidlərimizə onların ailələrinə dərin ehtiramımızı bildiririk, eynizamanda gələcəyə inamla baxırıq.

Azərbaycan Respublikasının Silahlı QüvvələriGünü münasibətilə bütün hərbi qulluqçularımızı təbrikedir, veteranlarımıza şəhid ailələrinə dərinminnətdarlığımızı ifadə edir, Vətənimizin əbədi sülh, təhlükəsizlik firavanlıq içində yaşamasını arzuedirik.

Vasif Nəbiyev,
YAP Yasamal rayon təşkilatının məsləhətçisi

 

Oxşar Xəbərlər

Back to top button