
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının özəl sektorda daha bir ərazi partiya təşkilatı təsis edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, təsis iclasında YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər partiya üzvləri çıxış ediblər.
Sonra təşkilati məsələlərə baxılıb.
Əhmədov Ravil Nazim oğlu yekdilliklə “Babək prospekti, 36E” ünvanı üzrə yeni ərazi partiya təşkilatının sədri, Əsədov Rauf Nadir oğlu isə sədr müavini seçilib.
Ərazi partiya təşkilatının sədr və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.



