AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan sülh gündəliyinə sadiqliyini konkret addımlarla nümayiş etdirir

Azərbaycan sülh gündəliyinə sadiqliyini konkret addımlarla nümayiş etdirir. 2026-cı il mayın 4-də Avropa Siyasi Birliyinin Zirvə görüşündə Prezident İlham Əliyev regionda formalaşan yeni reallıqları və sülh prosesinin irəliləyişini diqqətə çatdırdı. Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın tədricən möhkəmlənməsi, beynəlxalq təşəbbüslərin qarşılıqlı dəstəklənməsi bunun açıq göstəricisidir. Ermənistanın ev sahibliyi etdiyi tədbirin dəstəklənməsi və gələcək zirvənin Bakıda keçirilməsi təşəbbüsü bu balanslı yanaşmanın nümunəsidir.

Sülh artıq təkcə bəyanat səviyyəsində deyil, real addımlarda da öz əksini tapır. Birgə sənədlərin imzalanması, tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yük daşımalarının bərpası və enerji məhsullarının ixracı regionda əməkdaşlıq mühitini gücləndirir. Eyni zamanda, Naxçıvanla əlaqəni təmin edəcək yeni nəqliyyat layihələri regional inteqrasiyanı daha da sürətləndirir.

Bununla yanaşı, bəzi Avropa qurumlarının qərəzli mövqeyi və ikili standartları sülh prosesinə kömək etmir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra tətbiq olunan təzyiqlər obyektiv yanaşmadan uzaqdır. Rəsmi Bakı bu münasibətə adekvat cavab verərək müəyyən əməkdaşlıq formatlarını dayandırıb.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan sülh yolundan dönmür. Ölkə rəhbərliyi açıq şəkildə bildirir ki, regionda sabitlik və əməkdaşlıq alternativsizdir və bu istiqamətdə atılan addımlar davam etdiriləcək.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button