AnalitikaGündəmSiyasət

Qəbələdə keçirilən görüş Azərbaycan-Çexiya əməkdaşlığına yeni təkan verdi

Aprelin 27-də Qəbələdə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev ilə ÇexRespublikasının Baş naziri Andrey Babiş arasındakeçirilən görüş iki ölkə arasında əməkdaşlığıninkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Görüşdən sonra mətbuata verilən bəyanatlar siyasidialoqdan iqtisadiyyata, energetikadan müdafiəsənayesinə qədər geniş sahələrdə tərəfdaşlığındərinləşdiyini göstərdi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu, liderlər arasında Davosdakı ilk görüşdən sonrakeçirilən növbəti mühüm təmasdır Baş nazir Andrey Babişin Azərbaycana rəsmi səfəri ikitərəflimünasibətlərin dinamik inkişafının göstəricisidir. Dövlət başçısı bildirdi ki, görüş zamanı həm regional, həm ikitərəfli, həm qlobal məsələlər ətrafında genişfikir mübadiləsi aparılıb.

Səfərin əsas məqamlarından biri iqtisadiəməkdaşlığın genişləndirilməsi olub. Prezidentvurğulayıb ki, Çexiyadan böyük nümayəndə heyətinin, o cümlədən adamlarının Azərbaycana səfəri keçiriləcək biznes-forum yeni iqtisadi əlaqələrinqurulmasına töhfə verəcək. Hazırda ticarətdövriyyəsinin 800 milyon dollardan artıq olduğu qeydolunsa da, tərəflər bu göstəricinin daha da artırılmasında ticarət strukturununşaxələndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Energetika sahəsi danışıqların əsasistiqamətlərindən biri olub. Prezident İlham Əliyevbildirib ki, Azərbaycan uzun illərdir Çexiya üçünetibarlı enerji tərəfdaşıdır Azərbaycan nefti buölkənin enerji balansında mühüm yer tutur. Dövlətbaşçısı Azərbaycan qazının Avropa bazarındakı rolunuvurğulayaraq bu əməkdaşlığın yalnız enerji ixracı iləməhdudlaşmadığını, uzunmüddətli strateji tərəfdaşlıqxarakteri daşıdığını qeyd edib.

Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıqda xüsusi diqqət mərkəzində olub. Prezident bildirib ki, Azərbaycan ilə Çexiya arasında bu sahədəuzunmüddətli uğurlu əməkdaşlıq mövcuddur hazırda birgə istehsalla bağlı konkret layihələrmüzakirə edilir. Bu istiqamətin gələcəkdə daha da genişlənəcəyi vurğulanıb.

Bəyanatda Hökumətlərarası Komissiyanınfəaliyyətinin aktivləşdirilməsi, yeni görüşlərinkeçirilməsi müxtəlif sahələrdə əməkdaşlığındərinləşdirilməsi məsələləri ön plana çəkilib. Prezident İlham Əliyev qeyd edib ki, bugünkü görüşÇexiya-Azərbaycan dostluq münasibətlərinin möhkəməsaslara söykəndiyini qarşıda yeni imkanlarınaçıldığını bir daha təsdiqləyir.

Qəbələdə keçirilən bu görüş Azərbaycan iləÇexiya arasında əməkdaşlığın yeni mərhələyə daxilolduğunu göstərməklə yanaşı, siyasi iqtisaditərəfdaşlığın daha da güclənəcəyinə dair ciddi mesajverdi.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button