
Müasir dünyamızın nizamının yenidən formalaşdığı vəgeosiyasi çağırışların artdığı bir dövrdə AzərbaycanRespublikası özünün müstəqil güclü və prinsipialxarici siyasəti ilə beynəlxalq münasibətlər sistemindəetibarlı sabitlik adası kimi çıxış edir və öz gücünügöstərir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi iləhəyata keçirilən milli maraqlara söykənən diplomatiya, ölkəmizi mühüm strateji qərarların qəbul edildiyimərkəzə çevirmişdir. Cənab Prezidentimizin yürütdüyüuzaq görən siyasəti nəticəsində dövlətimiz hər sahədəöz sözünü deməkdə davam edir. Bu kontekstdə, 25 aprel tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və aparılan ali səviyyəli müzakirələr həm regional, həmçinində qlobal baxımdan müstəsna əhəmiyyət kəsb edirdi.
Azərbaycan və Ukrayna arasındakı əlaqələrin ən diqqətçəkən məqamı bu münasibətlərin yüksək dinamikasıdır. Cənab Prezidentimiz İlham Əliyevinqeyd etdiyi kimi, son dörd il ərzində dövlət başçılarısəviyyəsində yeddi görüşün keçirilməsi, o cümlədəncəmi iki ay əvvəl Münxen Təhlükəsizlik Konfransıçərçivəsində aparılan dialoq, əlaqələrimizin güclüintensivliyinin əyani göstəricisidir. Bu rəqəmlər sadəcədiplomatik protokol rəqəmləri deyil, həmçinin hər ikiölkənin bir-birinə verdiyi dəyərin və qarşılıqlı siyasiiradənin ifadəsidir. Müntəzəm xarakter daşıyan butəmaslar, ən mürəkkəb məsələlərin belə səmimi vəkonstruktiv mühitdə həllinə zəmin yaradır.
Bu isə dövlətimizin yürütdüyü sarsılmaz siyasigücünün göstəricisidir. Beynəlxalq hüquq və ədalət prinsipi bu dövrlərdə çox mühüm xarakter daşıyır. Belə ki, iki ölkə arasındakı əməkdaşlığın çox güclü siyasi təməli mövcuddur. Bu təməlin mərkəzində beynəlxalqhüququn təməl prinsipləri — suverenlik, ərazibütövlüyü və sərhədlərin toxunulmazlığı dayanır. Azərbaycan hər zaman beynəlxalq müstəvidə ədalətinvə hüququn tərəfdarı kimi çıxış etmiş, dövlətlərinmüstəqil inkişaf yoluna hörmətlə yanaşmışdır. Tərəflərarasında siyasi etimad ən yüksək səviyyədədir və bu, bütün digər sahələrdə, xüsusilə iqtisadi və hərbi-texnikisferalarda sıçrayışlı inkişaf üçün yaşıl işıq yandırır.
Azərbaycanın iqtisadi diplomatiyasının uğurlu rəmziolan SOCAR, uzun illərdir ki, Ukrayna bazarında özfəaliyyətini uğurla davam etdirir. Lakin bu fəaliyyətsadəcə ticarət və investisiya layihəsi deyil; bu, həmdəçətin anlarda sınaqdan çıxmış bir tərəfdaşlıq modelidir. Azərbaycanın enerji resurslarının Ukrayna üçünəlçatanlığı və bu sahədəki şəffaf əməkdaşlıq, ölkəmizinregionda necə böyük humanitar və iqtisadi missiyayerinə yetirdiyini göstərir. Görüş zamanı iqtisadibağların daha da şaxələndirilməsi, investisiyamühitinin genişləndirilməsi barədə əldə olunanrazılıqlar gələcəkdə yeni iş yerlərinin və böyükinfrastruktur layihələrinin müjdəçisidir.
Görüşün ən strateji bəndlərindən biri hərbi-texnikiəməkdaşlıqla bağlı aparılan fikir mübadiləsi oldu. Müasir müdafiə sənayesi sahəsində hər iki ölkəninmalik olduğu potensialın birləşdirilməsi, yenitexnologiyaların tətbiqi və qarşılıqlı təcrübə mübadiləsiüçün çox böyük perspektivlər mövcuddur. Bu sahədəkiəməkdaşlıq həm də regionda sülhün və təhlükəsizliyinqorunmasına xidmət edən mühüm amildir.
Prezidentimiz İlham Əliyevin bəyanatları bir dahasübut etdi ki, Azərbaycan dövləti istər daxili, istərsədəxarici siyasətdə tam müstəqildir və yalnız öz xalqınınmaraqlarından çıxış edir. Ukrayna Prezidentinin busəfəri, Azərbaycan Dövlətinin regional güc mərkəziolduğunu və onun rəyi olmadan regionda heç bir ciddistrateji planın reallaşdırılmasının mümkün olmadığınıbir daha dünya birliyinə nümayiş etdirdi.
Biz Azərbaycan dövləti olaraq hər zaman sülhün, ədalətin və inkişafın tərəfdarıyıq. Aprel görüşü də buali amallara xidmət edən tarixi bir hadisə kimitariximizin və diplomatiyamızın şanlı səhifəsinəyazıldı. Güclü Azərbaycanımız və sarsılmaz dostluqlarbizim gələcək uğurlarımızın əsas rəmzidir.Azərbaycangənci kimi hökümətimizin yürütdüyü siyasət bizləriçox qürurlandırır.Azərbaycanın qüdrətli gələcəyi üçünÖlkə Başçımız Cənab Prezidentimiz İlham Əliyevinətrafında birləşməli və daima dövlətimizə xidmətetməliyik.Çünki biz birlikdə güclüyük.
Elgün Rüstəmli,
YAP Yasamal rayon təşkilatının gənc fəalı



