
Son illər Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlər yalnız siyasi dialoq müstəvisində deyil, həm də iqtisadi əməkdaşlıq sahəsində sürətlə inkişaf edir. 22 aprel 2026-cı il tarixində Azərbaycandasəfərdə olan Latviya Prezidenti Edqars RinkeviçsinAzərbaycana rəsmi səfəri də iki ölkə arasındamünasibətlərin yeni mərhələyə keçdiyini göstərənmühüm siyasi hadisə kimi qiymətləndirilir.
Görüş çərçivəsində iki ölkə başçıları arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib, iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib və Azərbaycan və Latviya araında bir sıra mühüm sənədlər mübadilə edilib. Bubaxımdan Latviya prezidentinin səfəri iqtisadiəlaqələrin genişləndirilməsi, yeni investisiyaimkanlarının araşdırılması və qarşılıqlı ticarətdövriyyəsinin artırılması baxımından mühüməhəmiyyət daşıyır.
Eyni zamanda, səfərin iqtisadi tərəfləri də diqqətçəkir. Enerji, nəqliyyat-logistika və ticarət sahələrindəəməkdaşlığın genişləndirilməsi gündəlikdə əsasmövzulardan biridir. Xüsusilə, Azərbaycanın Avropaenerji təhlükəsizliyində artan rolu Latviyanın da maraqdairəsindədir. Bununla yanaşı, humanitar və mədəniəlaqələrin inkişafı da müzakirə olunan istiqamətlərsırasındadır. Təhsil, turizm və mədəniyyət sahəsindəqarşılıqlı layihələrin həyata keçirilməsi xalqlararasında əlaqələrin daha da möhkəmlənməsinə töhfəverə bilər.
Səfər çərçivəsində xüsusilə logistika və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Latviya limanlarının imkanlarıilə Azərbaycanın tranzit potensialının uzlaşdırılmasıyeni iqtisadi sinerji yarada və regionlararası ticarətinhəcmini artırmağa xidmət edə bilər.
Qarşılıqlı investisiya mühitinin yaxşılaşdırılması, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə müəssisələrin yaradılması istiqamətində atılacaq addımlar iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Latviya şirkətlərinin Azərbaycanınsənaye parklarında və azad iqtisadi zonalarındafəaliyyəti üçün geniş imkanlar mövcuddur. Eynizamanda, Azərbaycan sərmayədarları üçün dəLatviyada müxtəlif sahələrdə investisiya yatırımıbaxımından əlverişli şərait mövcuddur.
Rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq da xüsusi önəm kəsb edir. Avropaölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi, startap ekosisteminin inkişafı və yüksək texnologiyalarsahəsində birgə layihələrin həyata keçirilməsi iqtisadiartıma əlavə təkan verə bilər. Bu, həm də yeni işyerlərinin yaradılması və insan kapitalının inkişafıbaxımından əhəmiyyətlidir.
Kənd təsərrüfatı, turizm və xidmət sektorlarında daəməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Azərbaycanın aqrar sektorunun modernləşdirilməsi, məhsulların Avropa bazarlarına çıxış imkanlarınınartırılması və turizm sahəsində qarşılıqlı turist axınınıntəşviqi iqtisadi münasibətlərin daha damöhkəmlənməsinə xidmət edir.
Bir sözlə qeyd etmək istəyirəm ki, Latviya Prezidentinin ölkəmizə səfəri strateji dostluq əlaqələrinin sarsılmazlığını daha da möhkəmləndirib. Hazırda iki ölkə arasında siyasi dialoq ali və yüksəksəviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davametdirilir və Latviya Prezidenti Edqars RinkeviçsinAzərbaycana səfəri ölkələrimiz arasındamünasibətlərin daha da inkişafında yeni mərhələaçacaq.
Fuad Hüseynzadə,
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri



