AnalitikaGündəmSiyasət

Qlobal enerji dialoqunda Azərbaycanın strateji mövqeyi və yaşıl inkişaf kursu

Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub QazDəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışı qlobal enerji arxitekturasında baş verəntransformasiyalar fonunda Azərbaycanın artan stratejirolunun siyasi-fəlsəfi əsaslandırılması kimi dəyərləndiriləbilər. Bu çıxış, mahiyyət etibarilə, enerji təhlükəsizliyianlayışının klassik iqtisadi çərçivədən çıxaraq geosiyasisabitlik, beynəlxalq etimad çoxtərəfli əməkdaşlıqkontekstində yenidən şərh edilməsini ehtiva edirdi.

Dövlət başçısının xüsusi vurğuladığı məqamlardan biriməhz birlikdə toplaşmağın enerji təhlükəsizliyinə dairmühüm məsələləri müzakirə yolu ilə həll etməyin vacibliyioldu. Müasir beynəlxalq münasibətlər sistemində enerjiresursları artıq yalnız iqtisadi aktiv deyil, həm strateji təsirvasitəsidir. Enerji təchizatının kəsilməsi, qiymətdalğalanmaları tranzit marşrutlarının risk altında qalmasıbütöv regionların siyasi sosial sabitliyinə təsir göstərəbilir. Bu baxımdan Məşvərət Şurası formatı dialoqdiplomatiyasının real nəticələr verən institusional modelidir. Burada iştirak edən dövlətlər enerji siyasətini qarşılıqlıasılılıq məsuliyyət prinsipləri əsasında formalaşdırırlar ki, bu da konfrantasiya deyil, əməkdaşlıq mühitini gücləndirir.

Bu platformanın əhəmiyyəti ondan ibarətdir ki, enerjitəhlükəsizliyi məsələləri qapalı müstəvidə deyil, açıq şəffaf müzakirə formatında həll olunur. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, enerji diplomatiyasında davamlılıqyalnız texniki imkanlarla deyil, siyasi iradə etibarlıtərəfdaşlıq mühiti ilə təmin edilir. Xüsusilə Avropa ilə enerjiəməkdaşlığının genişlənməsi fonunda Azərbaycan özünüproqnozlaşdırılan, sabit uzunmüddətli öhdəliklərinə sadiqtərəfdaş kimi təqdim edir. Bu isə qlobal enerji bazarlarındaetimad faktorunun əsas komponentlərindən biridir.

Məşvərət Şurası çərçivəsində yaşıl gündəliyin ayrıca prioritet istiqamət kimi müzakirə olunması Azərbaycanınenerji siyasətində strateji balans modelinin tətbiq edildiyinigöstərir. Bir tərəfdən, ölkə zəngin karbohidrogenehtiyatlarına malikdir bu resurslar regional enerjitəhlükəsizliyinin təminində mühüm rol oynayır. Digərtərəfdən isə, qlobal enerji keçidi prosesinin qaçılmazolduğunu nəzərə alaraq, Azərbaycan bərpaolunan enerjisektorunun inkişafına sistemli şəkildə sərmayə yatırır. Bu yanaşma enerjidə transformasiya prosesinin mərhələli rasional şəkildə idarə edilməsinə xidmət edir.

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində müzakirəolunan məsələlər təkcə texniki layihələrlə məhdudlaşmır. Burada enerji sistemlərinin dekarbonizasiyası, regional “yaşıl dəhliz”lərin yaradılması, investisiya mexanizmlərinintəşviqi enerji səmərəliliyinin artırılması kimi məsələlər ön plana çıxır. Bu isə Azərbaycanın gələcəkdə yalnız qazixrac edən ölkə deyil, həm yaşıl enerji ixracatçısı kimimövqelənmək niyyətini göstərir. Xəzər hövzəsinin küləkenerjisi potensialı günəş enerjisi layihələri ölkənin enerjiportfelinin şaxələndirilməsini sürətləndirir uzunmüddətlidayanıqlılığı təmin edir.

Azərbaycanın etibarlı tranzit ölkəsi kimi rolu da çıxışdamühüm yer tutdu. Ölkənin coğrafi mövqeyi onu Avrasiyanınenerji xəritəsində strateji qovşağa çevirib. Şərq ilə Qərbarasında körpü funksiyasını yerinə yetirən Azərbaycanenerji ehtiyatlarının təhlükəsiz fasiləsiz daşınması üçünmühüm infrastruktur yaradıb. Bu infrastruktur yalnız iqtisadiəhəmiyyət daşımır, eyni zamanda siyasi sabitliyin regional inteqrasiyanın mühüm alətidir. Etibarlı tranzit ölkəsiimici Azərbaycanın beynəlxalq nüfuzunu artırır onuqlobal enerji dialoqunun əsas aktorlarından birinə çevirir.

Enerji təhlükəsizliyi anlayışı bu kontekstdə üçtərəflimodel kimi formalaşır: istehsalın sabitliyi, tranzitin etibarlılığı istehlak bazarlarının davamlılığı. Azərbaycan hər üçistiqamətdə balanslı siyasət həyata keçirərək həm hasilatçı, həm tranzit ölkə, həm perspektivli yaşıl enerji istehsalçısıkimi çıxış edir. Bu çoxşaxəli rol ölkənin enerji strategiyasınıdaha dayanıqlı çevik edir.

Prezident İlham Əliyevin çıxışı eyni zamanda göstərdi ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi mənfəətprizmasından deyil, həm siyasi məsuliyyət beynəlxalqtərəfdaşlıq kontekstində qiymətləndirir. Mövcud geosiyasireallıqlar fonunda enerji layihələrinin uğuru yalnız texniki maliyyə resursları ilə deyil, strateji baxış etibarlıəməkdaşlıq mühiti ilə şərtlənir. Məhz bu səbəbdən MəşvərətŞurası kimi platformalar regionda sabitliyin qorunmasına qarşılıqlı asılılıq modelinin güclənməsinə xidmət edir.

Nəticə etibarilə, Bakıda keçirilən bu iclaslarAzərbaycanın enerji siyasətinin yeni mərhələsini nümayişetdirdi. Birgə müzakirə kollektiv qərarverməmexanizmləri, yaşıl gündəliyin strateji prioritetə çevrilməsi etibarlı tranzit rolunun möhkəmləndirilməsi ölkəninbeynəlxalq enerji sistemində mövqeyini daha da gücləndirir. Azərbaycan bu siyasət vasitəsilə yalnız regional deyil, qlobal enerji təhlükəsizliyinə töhfə verən məsuliyyətli təşəbbüskar dövlət obrazını formalaşdırır.

  Kamran Quliyev,
 YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button