
Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi Babaşov Bayram İlqar oğlunun ailəsini ziyarət ediblər. Ziyarət şəhidimizin 8 yaşlı övladı İlqarın doğum günü münasibətilə həyata keçirilib.
Görüş zamanı qeyd olunub ki, şəhid ailələrinə göstərilən dövlət qayğısı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, onların ailələrinə diqqət və dəstək göstərilməsi həm dövlətin, həm də cəmiyyətin mənəvi borcudur.
Ziyarət zamanı kiçik İlqara doğum günü münasibətilə hədiyyələr təqdim olunub, ona sağlam, xoşbəxt və uğurlu bir gələcək arzulanıb. Ailə üzvləri göstərilən diqqətə görə təşəkkür edərək, şəhid övladlarının daim qayğı ilə əhatə olunmasının sevindirici olduğunu bildiriblər.
#YAPNizami






