AnalitikaGündəmSiyasət

15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycanın sabitliyinin və inkişafının təməlini qoyan tarixi bir dönüş nöqtəsidir

Hər il respublikamızda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir.

15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycanın sabitliyinin və inkişafının təməlini qoyan tarixi bir dönüş nöqtəsidir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

15 İyun – Milli Qurtuluş Günü təkcə keçmişin yox, həm də gələcəyin bayramıdır. Bu gün bizi tarixi yaddaşımızla birləşdirir, gələcəyə daha inamla baxmağımıza zəmin yaradır. Heydər Əliyev siyasi məktəbinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bugünkü inkişafını, qlobal gücə çevrilməsini və regionda söz sahibi olmasını məhz Qurtuluş Günü ilə başlanan yolun uğuru sayəsində əldə edib.

Bu gün biz yalnız qeyd etmirik həm də dərk edirik ki, milli dövlətçiliyin qorunması, xalqın rifahı və Azərbaycanın daha böyük hədəflərə çatması üçün 15 iyunun mesajı daim yaşamalı, qurtuluş ruhu gələcək nəsillərə ötürülməlidir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button