AnalitikaGündəmSiyasət

1918-ci ilin mart 31-i Azərbaycan tarixində qanlı tarix kimi yaddaşda qalmışdır

1918-ci ilin mart 31-i Azırbaycan tarixində qanlı tarix kimi yaddaşda qalmışdır. Bir neçə mart günləri ərzində bu şəhərlərin və onun ətraf kənlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına – talan və qırğınlara, əzilmək, əsir alınmaq, qarət edilmək, şəhər və kəndlər isə yanğın və dağıntılara  məruz qalmışdır.

1918-ci il mart  soyqırımı öz amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, dünya tarixinin ən qanlı faciələrindən biridir.  Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Qubada, Şamaxıda, Zəmgəzurda, Lənkəranda, Gəncədə və digər ərazilərdə də həyata keçirilmişdir. On minlərlə soydaşımız amansızlıqla qətlə yetirildi. Bolşevik-daşnak  cəlladları dinc əhalini kütləvi şəkildə qətlə yetirmişdir. Sadəcə XX əsrdə deyil son 200 ilə yaxın bir müddətdə təcavüzlar erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımlar həyata keçirilmişdir.

Soyqırımının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər olmadığı üçün martın 31-də azərbaycanlılar döyüşü dayandırmağa məcbur oldular. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam etdirildi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.

Ermənilər daima öz mənfur əməllərini Azərbaycan xalqına qarşı tətbiq ediblər. Daima Bu xalqa qarşı soyqrim siyasəti yeridiblər. Hər zaman, nədənsə Dünya bu vəhşiliyi nədənsə görməməkdən gəlmişdir. Bu gün torpaqlarmızı Ali Baş komandanımız cənab prezidemtimiz İlham Əliyevin səyi nəticəsində azad etmişik. Dünyaya bu xalqın gücünü və qeyrətini bir daha nümayiş etdirmiş olduq.

Aynur Musayeva,
Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini 

Oxşar Xəbərlər

Back to top button