AnalitikaGündəmSiyasət

Azərbaycan haqq yolundan çəkinməyəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin XII Qlobal Bakı Forumundakı dərin məzmunlu çıxışı dünyada baş verən hadisələrə yeni bir məna vermiş və iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Bu, əlbəttə regiondakı dəyişikliklərlə, beynəlxalq aləmin, ilk növbədə Avropanın, Qərbin Azərbaycana qeyri-sağlam münasibətləri, haqqın-ədalətin bərpa edilməsi, hadisələrə ikili standartlardan yanaşılması ilə əlaqədardır. Dövlətimizin rəhbəri bildirmişdir ki, “Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırıma məruz qalmışdı. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik.

Çox təəssüflər olsun ki, Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin böyük siyasəti, müzəffər ordumuzun gücü, xalqımızın yenilməz birliyi nəticəsində azad olunan torpaqlarımızın bu günü, tarixi qələbəmiz nəinki Ermənistanı, təcavüzkarların havadarlarını xüsusilə Fransanı, Qərbi, bir çox Avropa dövlətlərini ciddi narahat etməkdədir və onlar Azərbaycanın əleyhinə böhtan, şantaj kompaniyası keçirir, saxta bəyanatlar yayır, qətnamələr qəbul edirlər. Bu gün Fransa Ermənistanı silahlandırmaqdadır. BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycan əleyhinə qərarların qəbuluna, sanksiyaların tətbiqinə nail ola bilməyən Emmanuel Makron bu gün açıq-açığına Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik edir və Cənubi Qafqazda möhkəmlənmək üçün bütün çirkin vasitələrə əl atır. Azərbaycan Prezidenti öz çıxışında belə hallara qarşı beynəlxalq aləmin birgə mübarizə aparmasının, münasibət bildirməsinin vacibliyini qeyd etməklə bərabər, həm də dövlətimizin tutduğu mübarizə mövqeyindən çəkinməyəcəyini, haqqın, ədalətin bərpası yolunda sona kimi mübarizə aparılacağını qeyd etmişdir.

Namiq Muradov,
YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button