
Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ölkəmiz hər zaman qlobal layihələrin həm təşəbbüskarı, həm təşkilatçısı, həm də iştirakçısı kimi çıxış edib. Bu layihələri sadalamağa da ehtiyaç yoxdur, ona görə ki, indi bütün dünya ictimaiyyəti bu barədə məlumatlıdır. Azərbaycan xarici siyasətdə tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə geniş bir coğrafiyada təhlükəsizlik və sabitliyə nail olmaq üçün ölkələrlə yaxın əlaqələr qurur. Bu fakt indi kimin üçünsə sir deyil və təbii ki, bu müzakirələrin aparılmasında da ölkəmiz hər zaman olduğu kimi, yenə də haqlıdır. Ona görə ki, Azərbaycan utilitar müstəvidə ancaq özünün qazanc götürməsinə deyil, bütövlükdə təhlükəsizliyə və sabitliyə apara biləcək qarşılıqlı faydalı əməkdaşlıq xəttinə sadiqdir. Yalnız bu əsasda müxtəlif sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında dialoq yaratmaq və bütövlükdə təhlükəsizliyi təmin etmək mümkündür.
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi ” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Cənab Przident sürətlə dəyişən və qloballaşan dünyada yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxdığını qeyd edərək bu prosesin fonunda geosiyasi dəyişikliklər baş verdiyini bildirmiş, qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacın olduğunu qeyd etmişdir.
Ölkəmizin başçısı COP29-un Azərbaycanda keçirilməsinin Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi kimi qiymətləndirərək neft və qaz sərvətlərinə sahib olmağımızın bizim günahımız olmadığını qeyd edərək bildirib ki, buna görə tənqid edilməli deyil, yaşıl enerjiyə keçid sahəsində həyata keçirdiyimiz layihələr dəstəklənməlidir.
Qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Bu, olduqca mühüm məsələdir və biz artıq bunun şahidiyik.
Alidə Aslanova,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi