GündəmSiyasət

Baş nazir Əli Əsədov bələdiyyə seçkilərində səs verib

Yanvarın 29-da bələdiyyə seçkilərinin başlandığı səhər saatlarından 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində də fəallıq var idi.

ƏsasXəbər AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.

Məntəqədə 1332 seçici qeydiyyata alınıb.

Qeyd edək ki, 685 bələdiyyəyə 8071 üzv seçmək üçün Azərbaycan seçiciləri öz hüquqlarından istifadə edirlər.

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 238 nəfərdir. Seçki bülletenlərinə 16 min 92 nəfərin adı daxil edilib.

Hazırda Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 70 min 625 yerli müşahidəçi akkreditasiyadan keçib.

Oxşar Xəbərlər

Back to top button