AnalitikaGündəmSiyasət

Aktauda baş verən təyyarə qəzası hava məkanında ciddi nəzarət və koordinasiyanın vacibliyini acı şəkildə xatırlatdı

Aktauda baş verən təyyarə qəzası hava məkanında ciddi nəzarət və koordinasiyanın vacibliyini acı şəkildə xatırlatdı. Məlum olduğu kimi, Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak oldu, 29-u sağ qaldı. Hadisə baş verərkən Sankt-Peterburqa MDB Zirvə görüşünə gedən Prezident İlham Əliyev Bakıya qayıtdı, hava limanında operativ müşavirə keçirdi, onun göstərişi ilə Dövlət Komissiyası yaradıldı və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edildi. Heç şübhəsiz ki, hadisəyə dövlət səviyyədə bu xür çevik reaksiyanın verilməsi Prezident İlham Əliyevin xüsusi diqqəti və qətiyyətinin nəticəsi idi. Məhz bu səbəbdən də hadisə ilə bağlı ictimaiyyət daha dəqiq məlumatlarla təmin edildi, manipulyasiya etməyə çalışanların cəhdlərinin qarşısı alındı.

Təyyarə qəzası xəbərinin alınması ilə birgə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri, təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanları hadisə yerinə yönləndirilib. Qəzaya düşmüş təyyarənin yerini müəyyən etmək üçün müasir texnologiyalardan, o cümlədən radar və GPS sistemlərindən istifadə edilib. Ən vacib prioritet xilasetmə əməliyyatının sürətlə başlaması və təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi idi.

Xilasetmə əməliyyatı zamanı FHN-in xüsusi təlim keçmiş komandaları təhlükəsizlik qaydalarına riayət edərək qəza yerinə çatıb və zərərçəkmişləri təcili tibbi yardım mərkəzlərinə təxliyə ediblər. Eyni zamanda, yanğın riski mövcud olan yerlərdə partlayışların qarşısını almaq üçün xüsusi yanğınsöndürmə texnikası cəlb olunub.

Azərbaycan bu hadisədə həm öz vətəndaşlarını qorumaq, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün göstərdiyi prinsipial mövqe ilə bir daha dövlətçilik iradəsini sübut etmişdir. Rusiyanın gələcək addımları iki ölkə arasındakı münasibətlərin istiqamətini müəyyən edəcək əsas amil olacaq.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button