AnalitikaGündəmİdman

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi

Prezident İlham Əliyevin siyasəti tariximizin ən böyük misilsiz qələbəsidir, uğurudur. Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçlanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkşaf yoluna qədəm qoydu. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünki qüdrətinə çatdırdı. Məhz Prezident İlham Əliyev xalqın sevgisi və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətçilərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi.

Cənab Prezident İlham Əliyev  bütün sahələrdə uğurlu siyasət yürüdür. Bu uğurlardan biri də idman sahəsidir. Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti,  Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı, cənab Prezident İlham Əliyev  tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin Çıxışı:

Əziz idmançılar, əziz dostlar

İlk növbədə, Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. 2024 cü ildə Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Bu onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Cənab Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, ilin ən böyük yarışı Yay Olimpiya oyunları idi. Bu oyunlarda Azərbaycan idmançıları tarixi nəticə əldə etdilər. Cənab Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya oyunlarında iştrak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür. Ölkə başçısı Azərbaycanın 30-cu yerdə qərarlaşdığını vurğuladı.

Cənab Prezident İlham Əliyev qeyd edib ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. “Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir.” Prezidentimiz daha bir açıqlama verdi ki, gələn il Azərbaycan Üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək.

Cənab Ali Baş Komandanın uğuru bütün Azərbaycan xalqının uğurudur. Bu uğurlu siyasətinə görə Cənab İlham Əliyevə minnətdarıq. Prezident İlham Əliyevin idmana olan marağı xalqımız tərəfindən xüsusi rəğbətlə qarşılanır. Dövlət başçısı tərəfindən idmana göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır.

Mahmudova Təhminə,
142 nömrəli tam orta məktəb Direktor əvəzi

Oxşar Xəbərlər

Back to top button