AnalitikaGündəmSiyasət

Azərbaycanın beynəlxalq nüfuzu günbəgün yüksəlir

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Dövlət başçısı Cənab İlham Əliyev bir məsələrə aydınliq gətirib. Çıxış etdikdən sonra konfrans iştirakçılarının suallarını cavablandırıb. Azərbaycanın hal hazırda güclü iqtisadiyyatı, siyasi, iqtisadi sabitlik və hökumət siyasəti bir çox ölkələr ilə daha yaxın münasibətlərin qurulmasında və bu münasibətlərin inkişafında böyük töhvə verməkdədir. Buna görədə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat və bu kimi məsələr nəzərdə tutulan perespektivlər üçün çox vacib rol oynamaqdadır.

Orta Dəhlizin irimiqyaslı layihələri icra etmək üçün təhlükəsizlik, iqtisadi və inkişsafı baxımından bir sıra region dövlətlərinində yaxından iştirak edib töhvə verməsi vacibdir. Çün ki bu kimi məsələlər tək tərəfli yox ümumən ortaq fikirlərin üst üstə düşməsi ilə daha efektiv ola bilər. Azərbaycanın coğrafiyası Avropa ilə Asiyanın arasında iki qitənin ortasında yerləşir. Coğrafi baxımdan region dövlərlə əməkdaşlıq məsələlərində mühüm rol oynamağa imkan verir. Azərbaycanda bütün nəqliyyat layihələri Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı Bakı-Tbilisi-Qars dəmir yolu, Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradırlır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən vacib məsələlərdə müzakirə olunduğu böyük beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə  Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir.

Sübhan Ərəbi,

YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button