Dünya
Rumıniya prezidenti Şərqi Avropa ölkələrində NATO qüvvələrinin gücləndirilməsini istəyir
Şimali Atlantika Alyansı şərq cinahını gücləndirmək üçün öz strategiyasının həyata keçirilməsini sürətləndirməlidir.
www.aktualinfo.az/icxeberinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus Yohannis NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Rumıniya lideri qeyd edib ki, o, alyansın rəhbəri ilə Avroatlantik məkanda təhlükəsizlik vəziyyətini müzakirə edib. Həmçinin NATO-nun modernləşdirilməsini koordinasiya etmək səylərinə görə Y.Stoltenberqə təşəkkür edib.
Klaus Yohannis vurğulayıb ki, NATO-nun güclənməsi təkcə Avro-Atlantik məkanın təhlükəsizliyinə deyil, həm də beynəlxalq nizamın sabitliyinə təsir edir.