AnalitikaGündəmOrdu

Azərbaycan Müzəffər ordusu üçrəngli bayrağımızı azad edilmiş ərazilərimizdə ucaltdı

Milli-mənəvi dəyərlərimizə, dövlət rəmzlərinə hörmət bizim mühüm yolumuzdur. Bayraq bir ölkənin, xalqın quruluşunu, birliyini, müstəqilliyini göstərən əsas simvoldur. Hər hansı yarışlarda, müharibələrdə, təşkilatlarda insanların başı üzərində gedən bayraq dövlət atributudur. Müharibələr zamanı bayrağın ucalması dövlətin qalibliyi deməkdir. Ümumən bayraq bizim xalqın, ölkənin milli-mənəvi dəyərlərini, millətimizin birliyini, güclü, iradəli olduğunu göstərən dövlət rəmzidir. Buna görə bütün bu dəyərli varlıqları, anlayışları özündə cəmləyən və təmsil edən Dövlət bayrağı müqəddəsdir. Hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin, istiqlalın qədrini daha yaxşı bilir.

Azərbaycan Respublikamızın zəngin dövlətçilik ənənələrini birləşdirən, hətta Birinci Dünya müharibəsi dövründə Müsəlman Şərqində ilk parlamentli respublikanı quran Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycanın üçrəngli bayrağını qəbul etmişdi. İlk dəfə üçrəngli bayraq ideyasını Əli bəy Hhüseynzadə gündəmə gətirib. AXC süqut etdikdən sonra, Sovet hakimiyyəti qurulması ilə bağlı bu bayraqdan imtina edilmişdir. Bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” qəbul edilib. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamında deyildiyi kimi: “Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiramın aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.

Alidə Aslanova,
YAP Sabunçu rayon təşkilatının məsləhtçisi

Oxşar Xəbərlər

Back to top button